Icma.az
close
up
RU
Dağlar artıq maneə deyil: Şuşa Xankəndi kanat xətti strateji inkişafa yol açır

Dağlar artıq maneə deyil: Şuşa Xankəndi kanat xətti strateji inkişafa yol açır

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Turistlər üçün Qarabağda yeni cazibə mərkəzi yaranır

“Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik. Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı demişdi. Cənab Prezident Xankəndinə növbəti səfəri zamanı Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb. Dövlət başçısına kanat yolunun texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaq. Kanat yolunun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1317 metr təşkil edəcək. Kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur.  Bu layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı, Xankəndidən Şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, ölkəmizin bəzi regionlarında – Qəbələdə, Balakəndə, həmçinin Şahdağ turizm mərkəzində kanat xətləri çəkilib, istifadədir. Kanat xətlərinin ümumiyyətlə dünyada turistlərin marağına səbəb olduğu danılmazdır. Bu ekskursiya və hərəkət vasitəsi həmişə cəlbedici xarakter daşıyır və adrenalin vasitəsi kimi ondan heç vaxt imtina edilmir. Azərbaycan hökuməti də kanat xətlərinin əyləncəli hərəkət vasitəsi, eyni zamanda turistlərin marağına səbəb olan və gəlir gətirən vasitə kimi daha çox ərazidə çəkilməsinə səy göstərir.


İqtisadçı Fuad İbrahimov Sherg.az-a açıqlamasında turizm bölgələrinin inkişafı və gəlirlərin artması üçün müxtəlif vasitələrdən istifadə edilməsinin vacibliyini vurğuladı:


- Məlumdur ki, kanat xətləri bütün dünyada maraqla qarşılanan turizm obyektidir. Səyahətə çıxanlar, hər hansı bir ölkəni kəşf etmək, gəzinti, istirahət etməyi qarşılarına məqsəd qoyanlar turizm marşrutlarına baxır, hara, necə gedəcəklərini əvvəlcədən öyrənirlər. Müasir texnologiyalar indi elə bir imkan yaradıb ki, insan bir ölkəyə getməzdən əvvəl o ölkə haqqında hər cür məlumat ala bilir. Gəzinti, adrenalin həfəsində olanlar da baxır ki, filan ölkədə hara gedəcəklər, onları hara aparacaqlar, haralarda gəzəcək, istirahət edəcəklər. Azərbaycanın səfalı, füsunkar guşələri saysız-hesabsızdır. Elə fotolara baxanda da, məsələn, Qəbələ, İsmayıllı, Qax, Qusar, Balakən, Lənkəran, Astara, Qubadlı, Kəlbəcər, Şuşa… hamısının çox gözəl, sıldırım dağlar, sıx meşələr əhatəsində olduğu görünür.  Və turist görəndə ki bu yerlərdə həm də kanat xətti var, ondan istifadə edərək dağların başına qalxmaq, yüksəkliyə qalxıb quş baxışı seyr etmək mümkün olacaq, bu, hamını sevindirir və həmin ölkəyə, o bölgəyə səfər etməyi məmnuniyyətlə qəbul edirlər. Biz də az-çox dünya səyahətinə çıxmışıq, ölkələrdə, turizm bölgələrində olmuşuq. Bilirik ki, kanatla gəzinti çox maraqlı, ilhamvericidir. İndiki zamanda turizm sektorunun, regionun inkişafını istəyiriksə, tələb nəyədirsə, onun olmasına səy göstərilməlidir. Kanat xətti də belə bir ehtiyac duyulan vasitədir. Çox müsbət haldır ki, cənab Prezidentin göstərişi ilə Xankəndi-Şuşa kanat xətti də çəkiləcək. Balakəndə və bir neçə digər yerlərdə də kanat xətləri artıq var.

Qeyd edək ki, verilən məlumatlarda Balakəndəki kanat xəttinin rayona 1500-2000 turistin cəlbinə səbəb olduğu deyilir. Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin may ada Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 milyon manat vəsait ayrılıb.

İşğaldan azad edilmiş ərazilərin, xüsusən Şuşa, Xankəndi və ətraf ərazilərin turistlərin xüsusi maraq dairəsində olduğu bəllidir. Yol və nəqliyyat infrastrukturunun sürətlə inkişafı, Füzuli Beynəlxalq Hava Limanının fəaliyyət göstərməsi və yaxın gələcəkdə digər nəqliyyat xətlərinin genişləndirilməsi bu bölgənin turizm potensialını artırır. Yeni layihələrə Şuşa ilə Xankəndini birləşdirəcək kanat yolunun çəkilməsi də daxildir. Bu ideyanın reallaşmasıyla bölgədə turizm potensialı daha da artacaq. Kanat yolu təkcə turistlərin marağı nəzərə alınaraq inşa edilmir, həmçinin yerli sakinlər üçün də rahat hərəkət vasitəsi olacaq. Şuşadan Xankəndiyə doğru uzanan kanat yolu bölgənin füsunkarlığını göz önünə sərəcək. Bunun nə qədər cəlbedici olacağı şəksizdir. Şuşa təkcə Azərbaycanın deyil, türk dünyasının Mədəniyyət Paytaxtı adına sahibdir. Şuşa həm də mürəkkəb relyef quruluşuna malik şəhərdir. Hündür, dağlıq ərazidə, sıldırım qayalıqlar qoynunda yerləşdiyindən lamat xəttinin çəkilməsi mürəkkəb relyefli dağlıq ərazi üçün ən rahat nəqliyyat vasitəsi olacaq. Sakinlərin də hərəkət etməsi asanlaşacaq. Təsəvvür edək ki, Şuşa əhalisi Xankəndiyə kanat xətti üzərindən gedib-gələcək. İki şəhəri birləşdirəcək kanat xətti regionun cəlbediciliyini daha da artırır. İnfrastruktur layihələrinin icrası, müasir kommunikasiya xətlərinin inşası regionda digər müəssisələrin, iaşə obyektlərinin də inkişafını sürətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 İyul 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see424

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see205

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see196

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see158

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see158

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see155

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see154

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see153

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see146

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see144

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see142

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see129

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri