Qohumları Nurcanın insan alverinin qurbanı olduğunu iddia edirlər Video
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, noyabrın 19-da Bakıda yerləşən “Təmiz Dünya” Qadınlara Yardım İB-nin sığınacağında yaşayan 16 yaşlı Nurcan Cəfərova həyatını itirib.
Yeniavaz.com xəbər verir ki, ölən azyaşlının qohumları APA TV-yə açıqlamasında yeniyetmənin insan alverinin qurbanı olduğunu iddia ediblər.
Qızın babası Nazim Orucovun sözlərinə görə, əgər o dördüncü mərtəbədən yıxılıbsa, onun bədənində hər hansı bir zədə olardı:
“Zəng etdilər ki, uşağınız dördüncü mərtəbədən özünü atıb. Bakıya getdim, qoymadılar üzünə baxım uşağımın. Düşən yeri göstərmədilər. Üzünü açdılar, amma təmiz baxmağa qoymadılar. Mənə dedilər 100 manat nəvənin “yetimpulu”dur. 40 manatı özləri xərcləmişdilər”.
Qeyd edək ki, “Təmiz Dünya” Qadınlara Yardım İB-nin rəhbəri Mehriban Zeynalova insan alveri iddiaları ilə bağlı bildirib ki, hazırda istintaq davam edir.
Onu bildirək ki, Sosial Xidmətlər Agentliyinin yaydığı məlumata görə, ölən yeniyetmənin atası Elşad Səfərov ölkəyə qayıtdıqdan sonra 18.11.2025-ci il tarixində uşaqdan rəsmi qaydada imtina edib.
Daha ətraflı:
Bu mövzuda digər xəbərlər:Nurcanın anası da faciəvi şəkildə ölüb Detallar
21 Noyabr 2025 11:42
16 yaşlı Nurcanın anası da özünə qəsd edibmiş
21 Noyabr 2025 14:52
Axtarışda olan şəxsin qohumları polisləri əzdi VİDEO
10 İyul 2025 19:56
Vətəndaşlarımız bu ölkələrdə insan alverinin qurbanı olublar
13 May 2025 16:06
Əsədin qohumları həbs edildi
27 Dekabr 2024 20:10
Baxış sayı:100
Bu xəbər 23 Noyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















