Icma.az
close
up
RU
Dağlar dünyanın quru səthinin təxminən dörddəbirini əhatə edir AZƏRTAC

Dağlar dünyanın quru səthinin təxminən dörddəbirini əhatə edir AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-i Beynəlxalq Dağlar Günüdür.

AZƏRTAC xəbər verir ki, həmin təqvim günü BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq hər il qeyd olunur.

Dağlar Gününün keçirilməsində məqsəd dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətini cəmiyyət qarşısında qaldırmaqdır. BMT Baş Assambleyası dünya ictimaiyyətini planetin dağlıq rayonlarının inkişaf problemlərinə və onların əhalisinə yardım göstərilməsinin zəruriliyinə diqqəti cəlb etmək üçün bu gün də bütün səviyyələrdə tədbirlər təşkil etməyə çağırır. Həmçinin dağlıq rayonların davamlı inkişafına yönəlmiş tədbirlərin xüsusi aktuallığı diqqətə çatdırılır.

Bu il Beynəlxalq Dağlar Günü “Dayanıqlı gələcək üçün dağ həlləri-innovasiya, uyğunlaşma və gənclik” devizi altında keçirilir.

Dağlarla bağlı mürəkkəb problemlərin həlli üçün innovasiyalar vacibdir. Bu innovasiyalar texnoloji irəliləyişləri, eləcə də iqlimə uyğun ağıllı kənd təsərrüfatı kimi yaradıcı problemlərin həllini əhatə edir.

Dünya əhalisinin 15 faizi dağlarda məskunlaşıb

Dağlar dünyanın quru səthinin təxminən dörddə birini əhatə edir, dünyamızın davamlı iqtisadi inkişafa doğru hərəkətində mühüm rol oynayır. Dünyada mövcud olan dağlarda dünya əhalisinin 15 faizi məskunlaşıb. Dağlar bəşəriyyətin gündəlik həyat üçün şirin su, enerji və dərman vasitələri ilə təmin edilməsində xüsusi rol oynayır.

Dağlar dağlıq bölgələrdə yaşayan 1,1 milyarda yaxın insanın dolanışıq və rifah mənbəyi olmaqla yanaşı, dağətəyi ərazilərdə yaşayan milyardlarla insana dolayı yolla fayda gətirir. Təbii ki, dağların bir çox nadir bitki və heyvan növləri üçün qoruq, Yer kürəsinin bütün əsas çayları üçün su mənbəyi olduğunu unutmaq olmaz.

Dağ turizmi dünya turizminin 15-20 faizini əhatə edir

Dağlar dünya şirin suyunun əksəriyyətinin mənbəyi, unikal biomüxtəlifliyə və zəngin mədəni irsə ev sahibliyi edən, istirahət və turizm üçün məşhur məkan kimi qlobal əhəmiyyət daşıyan kövrək ekosistemlərdir.

Yeri gəlmişkən, dağ turizmi dünya turizminin 15-20 faizini əhatə edir. Bununla belə, turizm COVID-19 pandemiyasının ən çox ziyan vurduğu sektorlardan biridir. Pandemiya ilə əlaqədar turizm məhdudiyyətləri dağ icmalarının həssaslığını daha da gücləndirdi. Həmin böhran dağ turizmini, onun təbii ehtiyatlara və yaşayış vasitələrinə təsirini yenidən nəzərdən keçirmək, onu daha yaxşı idarə etmək və ondan daha dayanıqlı, yaşıl və əhatəli gələcək üçün istifadə etmək imkanı verir.

Azərbaycan ərazisində 80-ə yaxın dağ var

Azərbaycanda relyefin iki əsas forması var: dağlar və düzənliklər. Ən böyük geomorfoloji vahidlər olan Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağları Kür-Araz ovalığını şimaldan, qərbdən və cənub-şərqdən əhatə edir. Dağəmələgəlmə zəiflədiyinə görə, Azərbaycanda dağlar cənub-şərqə doğru tədricən alçalır.

Zəngin təbiətə malik Azərbaycan ərazisində 80-ə yaxın dağ var. Ölkə ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur.

Böyük Qafqaz dağ sisteminin ən yüksək nöqtəsi Bazardüzü (4466 metr), Kiçik Qafqaz dağ sisteminin ən hündür nöqtəsi Qapıcıq dağı (3906 metr), Talış dağ sisteminin ən hündür nöqtəsi isə Gömürgöydür (2493 metr).

Bazardüzü zirvəsi Azərbaycanın ən hündür nöqtəsidir.

Mikroplastiklərə hətta Everestin zirvəsində də rast gəlinir

Ətraf mühitin pisləşməsi dağlarda quraqlığa, sürüşmələrə və digər təbii fəlakətlərə, dağlıq rayonlarda siyasi vəziyyətin gərginləşməsi isə lokal müharibələrə, terrorizmin yayılmasına, qaçqınların sayının artmasına, aclıq və xəstəliklərin yaranmasına səbəb olur. Dağ ekosistemləri də çirklənmə təhlükəsi altındadır. Mikroplastiklərə hətta Everestin zirvəsində də rast gəlinir. Dağların iqlim dəyişikliyi, eləcə də istismar və çirklənmə təhlükəsi altında olması insanlar və planet üçün riskləri artırır. Qlobal iqlim dəyişikliyi davam etdikcə dağ buzlaqları əriyərək aşağı axarda şirin su ehtiyatlarına təsir edir. Eroziya və çirklənmə aşağı axınla axan suyun keyfiyyətinə və torpağın məhsuldarlığına xələl gətirir. Bütün bunlar dağlıq rayonların unikal təbiət və insan potensialının itirilməsinə gətirib çıxarır. Ona görə də dağları qorumaq üçün dünya ictimaiyyətinin diqqətini bu problemlərə cəlb etmək çox vacibdir. Həmin problem hamımıza təsir edir. Biz mənfi vərdişlərimizin ətraf mühitə təsirini bilməli, karbon izimizi azaltmalı və təbii sərvətlərin qayğısına qalmalıyıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri