Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

İlisu çeşməli sulu dağlar

İlisu çeşməli sulu dağlar

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın əsrarəngiz təbiətli qədim yayayış məskənlərindən biri də Qax rayonunun İlisu kəndidir. Əsası hələ XIII əsrdə qoyulan bu yaşayış məntəqəsi öz gözəl mənzərələri, şəfalı bulaqları ilə tanınır.

Böyük Qafqazın cənub yamaclarının flora və faunası çox zəngindir. Bu təbii sərvəti qoruyub gələcək nəsillərə ötürmək üçün Azərbaycan hökumətinin 20 fevral 1987-ci il tarixli qərarı ilə 9 min 45 hektar ərazidə İlisu Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ildə qoruğun ərazisi genişləndirilərək 17 min 381 hektara çatdırılmışdır.

Qoruqda havanın orta illik temperaturu 5–12 dərəcə arasında tərəddüd edir. Hündürlüyə qalxdıqca yağıntının miqdarı 920 millimetrdən 1400 millimetrə qədər artır. İlisu qoruğunun ərazisində dağ-çəmən, dağ-çəmən-meşə, qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.

Burada endemik, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növləri çoxdur. Ərazidə Şərq fıstığı, Qafqaz vələsi, Şərq palıdı, Litvinov tozağacı, Trautvetter ağcaqayını, kollardan quşarmudu, itburnu, böyürtkən, dovşanalması, topulqa, yabanı gilas, zoğal, moruq və s. bitkilər yayılmışdır. Giləmeyvəli qaraçöhrə və Radde ağcaqayını Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmişdir.

Qoruğun ərazisində 35 növ məməli heyvan yaşayır: nəcib maral, Avropa cüyürü, köpgər, Şərqi Qafqaz turu, çöl donuzu, qonur ayı, boz canavar, adi tülkü, Avropa vaşaqı, daşlıq və meşə dələsi, qaraquyruq gəlincik, adi porsuq, Amerika yenotu, meşə pişiyi, boz dovşan, adi və meşə süleysini, ağdiş, qonurdiş, kirpilər, nalburunlar və sair.

Ərazidə sürünənlərin isə 12 növü yaşayır. Onların 7-si kərtənkələlərə, 3-ü təlxələrə, 1-i adi ilanlara, 1-i isə koramallara aiddir. Burada suda - quruda yaşayanların 5 növü yayılmışdır. Quşların isə 11 dəstəyə aid olan 90-a qədər növü yayılmışdır. Onların təxminən 60-ı sərçəkimilər dəstəsinə aiddir.

Çaylarda qızılxallı çoxdur. Digər balıqlardan isə şərq qışovçusuna, Kür şirbitinə və Kür xramulyasına rast gəlinir ki, onlar da yalnız qoruğun aşağı sərhədindən keçən Kürmükçayda məskunlaşmışdır.

Qonşu Dağıstan ellərinə gedən karvan yolları vaxtilə məhz buradan keçirdi. İlisu turistlərin ən sevimli istirahət yerlərindən biridir. 2002-ci ildə burada İlisu dövlət tarix-mədəniyyət muzeyi yaradılmışdır.

İlisunun özəlliyi həm də ərazidə bir çox səfalı bulaqların olması ilə bağlıdır. Onlardan daha məşhur olanı Beşbulaqdır. Yerli ustalar kəsmə çay daşından səliqəli bulaq kompleksi yaradıblar. Su divarda qoyulmuş beş borudan axıb töküldüyündən bura “Beşbulaq” adlanır.

Bulaq İlisunun düz mərkəzində yerləşir. 1863-cü ildə inşa edilmiş bulaq əsr yarım ərzində buz soyuqluğu, büllür şəffaflığı, gur suyu ilə İlisuya şan-şöhrət gətirib.

Deyilənlələ görə, tanınmış şair Əliağa Kürçaylı bu bulağın suyundan içəndən sonra çox ilhamlanaraq deyibdir:

Qovub bir-birini bu yerdə illər,
İnsanlar doğulub, dünyadan köçüb.
Sənin atan, baban, neçə nəsillər,
Dostum “Beşbulağ”ın suyundan içib…

Həqiqətən, bu tərəflərdə dağlar, meşələr, bulaqlar, xüsusilə, gözəldir! Təbii ki, bu yerlərin ən böyük sərvəti bu yurdun torpağa bağlı, yurd və əməksevər insanlarıdır!

Əziz oxucu, turist qardaşlarım və bacılarım! Yolunuz İlisu tərəfdən düşsə, bu gözəlliklərdən, həm də buranın saf, səmimi, xeyirxah sakinləri ilə ünsiyyətdən böyük zövq alacaqsınız.

M.HACIXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see717

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see681

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see680

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see517

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see492

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see485

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see473

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see415

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see367

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see358

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see357

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see349

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see346

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see339

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see337

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see334

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see330

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see328

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see319

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see307
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri