Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Dağların qoynuna sığınan, böyük sənətkarın adını daşıyan, ölməz sənəti təbliğ edən məktəb

Dağların qoynuna sığınan, böyük sənətkarın adını daşıyan, ölməz sənəti təbliğ edən məktəb

Icma.az, Azertag saytına istinadən bildirir.

Gədəbəy, 31 may, Vüsalə Cənnətova, AZƏRTAC

Kiçik Qafqaz dağlarının qoynunda yerləşən əsrarəngiz təbiətə malik Gədəbəy aşıqlar diyarıdır. Burada neçə-neçə sənətkar ecazkar musiqi aləti olan sazın eşqinə aşıq poeziyasının nadir incilərinə, dastanlara, saz havalarına həyat verib, milli-mənəvi dəyərlərimizi əsrlərdən-əsrlərə daşıyıb. Elə Azərbaycanda ilk dəfə yaradılan aşıq məktəbi də məhz Gədəbəy rayonunda fəaliyyət göstərir. Bu musiqi ocağının təməli 2009-cu il mayın 26-da Prezident İlham Əliyev tərəfindən qoyulub. 2013-cü ilin sentyabrında açılışı olan məktəbdə bir il sonra tədrisə başlanılıb. Bu ay Nazirlər Kabinetinin qərarı ilə Gədəbəy Aşıq Məktəbinə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, el sənətkarı Aşıq Ələsgərin adı verilib. Məktəbə üz tutanları da ilk olaraq onun həyətində Türk dünyasının görkəmli nümayəndəsi olan böyük aşığın heykəli salamlayır.

AZƏRTAC xəbər verir ki, Gədəbəy şəhərinin mərkəzində yerləşən, turistlərin də diqqətini çəkən musiqi ocağında tədrisin günün tələbləri səviyyəsində aparılması üçün bütün imkanlar mövcuddur. Binada aşıq sənətinə, musiqiyə aid kitab və nəşrlərlə zəngin kitabxana, qiraət, akt və konsert zalları, səsyazma studiyası, qrim otağı, yeməkxana da mövcuddur. Bu musiqi məktəbinin özəlliyini artıran mühüm amillərdən biri də burada aşıq musiqi sənəti ilə bağlı muzeyin olmasıdır. Muzeydə Gədəbəy aşıqları, o cümlədən ölkəmizin tanınmış saz ustadları haqqında məlumatlar toplanıb, aşıq sənətinə dair müxtəlif eksponatlar, qədim musiqi alətləri nümayiş etdirilir.

Gədəbəy aşıq məktəbində 103 şagirdin təhsili ilə 17 müəllim məşğul olur. Saz sinfində aşıq sənətində oxu və çalğı ifaçılığı, aşıq sənətinin tarixi, səhnə danışığı fənləri öyrədilir. Bundan başqa, balaban, nağara sinifləri də fəaliyyət göstərir. Təhsil müddəti 5 il olan məktəbə şagird qəbulu 9-13 yaşdan həyata keçirilir.

Gədəbəy Aşıq Məktəbinin direktoru Azər Ələkbərov bildirir ki, Azərbaycan xalqının çox qədim tarixi köklərə malik folkloru və mənəvi mədəniyyəti olan, UNESCO-nun mənəvi irs siyahısına daxil edilən ölməz aşıq sənətinin yetişən nəsillərə aşılanması, öyrədilməsi böyük məsuliyyətdir. “Nazirlər Kabinetinin qərarı ilə Gədəbəy Aşıq Məktəbinə Dədə Ələsgərin adının verilməsi bu məsuliyyəti birə-beş artırır. Biz bununla fəxr edirik və çalışacağıq ki, fəaliyyətimizi daha da təkmilləşdirək. Tədrisin keyfiyyətinin gündən-günə artması üçün əlimizdən gələni əsirgəməyəcəyik”, - deyən Azər Ələkbərov əlavə edib ki, içərisində qızların da olduğu Gədəbəy Aşıq Məktəbinin məzunları hər il Mədəniyyət və İncəsənət Universitetinə, Milli Konservatoriyaya və orta ixtisas musiqi təhsili ocaqlarına qəbul olunurlar. Məktəbin kollektivi Gədəbəyin və qərb bölgəsinin mədəni həyatına öz töhfələrini verir. Kollektiv bundan sonra da uğurlar qazanmağı hədəfləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 May 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri