Daha 14 heyvanın təbiətə buraxılması təmin edilib
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərində vəhşi heyvanların tarixi areallarına qaytarılması və populyasiyalarının bərpası istiqamətində reintroduksiya tədbirləri həyata keçirilib.
XQ xəbər verir ki, bu barədə ETSN məlumat yayıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev bildirib ki, “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində Şirvan Milli Parkından götürülmüş 10 baş ceyran Arazboyu Dövlət Təbiət Yasaqlığının ərazisinə buraxılması üçün Naxçıvan Muxtar Respublikasına göndərilərək aidiyyəti üzrə təhvil verilib.
Xidmət rəisinin sözlərinə görə, akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkından götürülmüş 4 baş bezoar keçisi isə İlisu Milli Parkına gətirilərək təbiətə buraxılıb.
Qeyd edək ki, heyvanların daşınması “Silk Way Airlines” şirkətinin dəstəyi ilə həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 12 Noyabr 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















