Daha bir Avropa nəhəngi Sabah ın ulduzuna elçi düşdü: 3 milyon avro
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Sabah"ın fransalı ulduzu Aaron Maluda Avropa klublarının transfer hədəfində qalmağa davam edir.
Fanat.Az xəbər verir ki, Şotlandiya nəhəngi "Seltik"in uzun müddətdir yaxından izlədiyi 20 yaşlı vinger üçün indi də İsveçrə təmsilçisi hərəkətə keçib.
"Bazel" gənc istedadı heyətinə qatmaq üçün ciddi şəkildə təzyiqi artırıb. Bununla belə, futbolçunu çoxdan bəri radarda saxlayan "Seltik" də geri çəkilmək niyyətində deyil. Şotlandlar transfer əməliyyatını "Sabah"ın Çempionlar Liqasının təsnifat mərhələsi başa çatana qədər yekunlaşdırmağı planlaşdırır.
"Seltik"in ciddi marağına və "Bazel"in dövrəyə girməsinə baxmayaraq, hələlik rəsmi bir təklif irəli sürülməyib. Çünki Azərbaycan klubu gənc ulduzunu ucuz satmaq fikrində deyil. "Sabah" rəhbərliyinin Aaron Maluda üçün 3 milyon avrodan çox nağd pul və əlavə bonuslar tələb etdiyi bildirilir. Danışıqların yaxın günlərdə daha da intensivləşəcəyi gözlənilir.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 17 İyul 2026 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















