“Yenə belə videolar paylaşsa, ona mən cavabdeh deyiləm” Elman Nəsirovun qızı
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilən Sevinc Nəsirova psixoloji dispanserə yerləşdirilməyib.
Moderator.az bildirir ki, bununla bağlı Musavat.com-a onun qızı Laləzar Nəsirova məlumat verib. O bildirib ki, anası evdədir, sadəcə paylaşımları dayandırıb: “Anama göstərdim ki, onun haqqında bu cür videolar düzəldirlər. Buna görə də o, daha belə videolar paylaşmır. Lakin gələcəkdə yenə görüntülər paylaşsa, mən anama cavabdeh deyiləm”.
O, anasının görüntülərini paylaşanlara müraciət edərək videoların silinməsini istəyib.
“Çox xahiş edirəm, anamın videosundan istifadə etməyin. Sabah heç kim bilmir ki, onun başına nə gələcək. Yazırlar ki, bu qadının yiyəsi yoxdur? Niyə yoxdur ki? Mən varam, anası, iki nəvəsi var. O videoları silin. Əks halda, başqa yollara əl atacağam, tədbir görəcəyəm. Öz ananızı gözünüzün qarşısına gətirin. Sizin ananızın videosunu paylaşsaydılar, bir övlad olaraq xoşunuza gələrdimi? Mənim anam savadlı qadın olub, kimya-biologiya müəllimi kimi uzun illər dərs deyib. Onun videolarının bu şəkildə yayılması mənə pis təsir etdi”.
Xatırladaq ki, təxminən bir il əvvəl Laləzar Əliyeva videomüraciət yayaraq deputat Elman Nəsirovun qızı olduğunu bildirmiş, atasından qayğı görmədiyini iddia etmişdi. Deputat isə öz növbəsində övladına ev verdiyini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 01 Noyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















