Icma.az
close
up
RU
Daha bir jurnalistə vəzifə verildi Yeni Gündəm

Daha bir jurnalistə vəzifə verildi Yeni Gündəm

Icma.az, Yenigundem saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəzər televiziyasının Qarabağ üzrə bölgə müxbiri Şamxal Cəlil oğlu Adıgözəlov yeni vəzifəyə təyinat alıb.

Bu barədə jurnalistin özü məlumat verib.

Uzun illərdir ki, Qarabağ bölgəsində jurnalist kimi fəaliyyət göstərən Ş. Adıgözəlov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Şamxal Adıgözəlov 1986-cı ildə Xankəndi şəhərində anadan olub. Ailəsi ilə birlikdə məcburi köçkün düşdükdən sonra Ağdam və Bərdə rayonlarına eləcə də Bakı şəhərində müvəqqəti məskunlaşıb. Ali təhsil aldığı illərdə əmək fəaliyyətinə başlayıb. İlk iş yeri Trend informasiya agentliyi olub. 2007- ci ildən bu günə qədər Xəzər televiziyasının Qarabağ üzrə bölgə müxbiri işləyib.

Atəşkəs dövründə  keçmiş təmas xəttində yerləşən yaşayış məntəqələrindən tez tez reportajlar hazırlayıb. Aprel və İyul döyüşlərində eləcə də 44 günlük vətən müharibəsində telejurnalist kimi iştirak edərək ən son xəbərlərini Azərbaycan və dünya ictimaiyyətinə çatdırıb. Beynəlxalq Jurnalistlər Federasiyasının üzvüdür. 2020- ci ildə Növbədənkənar parlament seçkilərində Xankəndi şəhərindən namizədliyi qeydə alınıb.

Ş. Adıgözəlov jurnalist fəaliyyəti dövründə Baku TV, Dünya TV, “Report”, “Səs” informasiya agentlikləri və bir çox ölkənin aparıcı media orqanları ilə əməkdaşlıq edib. Ailəlidir.

Modern.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 07 Yanvar 2025 01:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri