Icma.az
close
up
RU
Daha bir klub paytaxtdan bölgəyə köçür yeni himayədarın qərarı

Daha bir klub paytaxtdan bölgəyə köçür yeni himayədarın qərarı

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda məskunlaşan klub regiona köçməyə qərar verib.

Gələn mövsümdən etibarən «Gəncəbasar» adıyla I Liqada mübarizə aparacaq «Cəbrayıl» paytaxtı Mingəçevirə dəyişib.

Komanda çempionat oyunlarını məhz bu şəhərdə keçirəcək.

İki ildir I Liqada yarışan klub dəyişiklik ərəfəsindədir. Yeni sponsorun gəlişi səbəbindən.
Gəncə bölgəsindən olan iş adamı onları öz himayəsinə götürüb. Hüquqi proses bu həftə rəsmiləşəcək.

Bu arada komandanın baş məşqçisi dəyişib. Tarıq Qasımov sükan arxasından uzaqlaşdırılıb.

Onun yerinə isə Elhad Nəziri gətirilib. Sözügedən mütəxəssis Qarabağ bölgəsini təmsil edən kluba tanış birisidir. 2024/25-ci il mövsümündə kollektivi çalışdırıb.

2022-ci ildə yaradılan «Cəbrayıl» FK-nın iki təsisçisi var - Cavid Hüseynov və Şahin Məmmədov.

Hüseynov iyunda «Araz-Naxçıvan»ın baş məşqçi postuna təyinat alıbsa, Məmmədov ötən il «Zəngəzur»u yaradıb.

Qərbi Azərbaycan bölgəsini təmsil edən komanda finalda «Marafon»u 2:1 udaraq, Region Liqasının qalibi olub.

«Cəbrayıl» bu ilin yanvarından ciddi maliyyə çatışmazlığından əziyyət çəkirdi.

Həmin tarixdən bəri qarabağlılara yalnız Ceyhun Abbasov yardım əlini uzadıb. «Avrora»nın sahibi mayın sonunadək kluba maddi dəstək verib - hər ay 2000 manat civarında. «Cəbrayıl»ın satış qiyməti ilk vaxtlar 1 milyon manat olaraq göstərilirdisə, indi bu rəqəm 600 min manata qədər düşüb. (sportinfo.az)

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://sportal.az
archiveBu xəbər 27 İyul 2026 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri