Daha bir ölkə Məkkə Sazişi nə qoşulmaq istəyir
Icma.az bildirir, Modern.az portalına istinadən.
Banqladeş Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında mümkün müdafiə əməkdaşlığı formatına qoşulma məsələsini nəzərdən keçirir.
Modern.az xəbər verir ki, bu barədə Banqladeş Baş nazirinin müşaviri Məhəmməd Kabir bildirib.
Onun sözlərinə görə, Dəkkə xarici siyasətdə “Öncə Banqladeş” prinsipini əsas götürür və ölkənin milli maraqlarına uyğun əməkdaşlıq imkanlarını qiymətləndirir.
“Banqladeş "Öncə Banqladeş" siyasətinə sadiqdir və milli maraqları, eləcə də dəyişən beynəlxalq vəziyyəti nəzərə alaraq iqtisadi və ya müdafiə ittifaqında iştirak imkanını nəzərdən keçirməyə hazırdır”, – deyə Kabir qeyd edib.
Müşavir bildirib ki, Banqladeş üçün hər hansı yeni regional və ya beynəlxalq əməkdaşlıq formatında əsas meyar ölkənin təhlükəsizlik və iqtisadi maraqları olacaq.
Bu açıqlama Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında müdafiə sahəsində "Məkkə Sazişi"nin imzalandığı vaxtda səslənib.
Banqladeşin mümkün iştirakı Cənubi Asiya, Yaxın Şərq və Türkiyə arasında təhlükəsizlik əlaqələrinin daha da genişlənməsinə səbəb ola bilər.
Dəkkənin belə bir əməkdaşlığa qoşulması halında formatın iqtisadi, müdafiə və strateji sahələri əhatə edə biləcəyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 22 Avqust 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















