Icma.az
close
up
RU
Daha bir ölkədə virus tapıldı: YOLUXUCUDUR

Daha bir ölkədə virus tapıldı: YOLUXUCUDUR

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

İsveçrənin Federal İctimai Sağlamlıq İdarəsinin (FOPH) açıqlamasına görə, ölkədə hantavirus aşkar edilən bir xəstə Sürix şəhərində müalicə olunur.

"Cebheinfo.az" xəbər verir ki, İsveçrənin dövlət yayım qurumu SRF-nin məlumatında bu barədə bildirilir.  Atlantik okeanının cənubundakı Argentinadan Afrikanın qərbində yerləşən Kabo-Verdeyə gedən və hantavirus hallarının təsdiqləndiyi sərnişin gəmisində olan bir şəxsdə virus müəyyən edilib.

Məlumata görə, aprelin sonunda Cənubi Amerika səfərindən qayıdan xəstə ilk simptomları göstərdikdən sonra xəstəxanaya müraciət edib və dərhal izolyasiyaya alınıb.

Cenevrə Universitet Xəstəxanalarının (HUG) laboratoriyasında aparılan testlərin hantavirus infeksiyasını təsdiqlədiyi qeyd olunub. Xəstədə Cənubi Amerikada geniş yayılmış hantavirus növlərindən biri olan Andes virusu aşkarlanıb.

Xəstənin həyat yoldaşında hələlik heç bir simptom müşahidə edilmədiyi, lakin ehtiyat tədbiri olaraq onun da izolyasiyada saxlanıldığı bildirilib.

Rəsmilərin xəstə ilə başqa şəxslərin təmasda olub-olmadığını araşdırdığı qeyd edilib.

Məlumatda, həmçinin vurğulanıb ki, FOPH hantavirusu əhali üçün “aşağı riskli” hesab edir. İsveçrədə hər il 0–6 arasında hantavirus halı qeydə alınır və bunların əksəriyyəti xaricdə yoluxma nəticəsində baş verir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə sərnişin gəmisində qeydə alınan hallardan sonra gündəmə gələn hantavirusu qlobal əhali üçün “aşağı riskli” kimi qiymətləndirib və virusun genomunun ardıcıllığının araşdırılmasının davam etdiyini açıqlayıb.

ÜST bildirib ki, hantavirus əsasən gəmiricilər vasitəsilə yayılır və nadir hallarda olsa da, insandan insana keçmə ehtimalı tam istisna edilmir.

Qeyd edək ki,  Hantavirus əsasən gəmiricilərdən insanlara keçən yoluxucu xəstəlikdir.

Gəmiricilərin qurumuş ifrazatları (sidik, nəcis və tüpürcək) ilə çirklənmiş havanın tənəffüsü, həmçinin gəmirici tərəfindən dişlənmə və ya cızılma nəticəsində yoluxa bilər. Xəstəlik qızdırma, halsızlıq və əzələ ağrıları kimi əlamətlərlə özünü göstərir.

Virus ağır hallarda tənəffüs çatışmazlığına səbəb ola, bəzi hallarda isə daxili qanaxma və böyrək çatışmazlığı ilə müşayiət oluna bilər.

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 May 2026 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri