Daha bir şayiə: internet 4 ay kəsiləcək, bank hesabları bloklanacaq
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son həftlərdə qlobal səviyyədə tanınmış şirkətlərin, bankların saytlarına hücumların intensivləşməsi fonunda şayiələr də çoxalıb.
Avtosfer.az xəbər verir ki, bu həftə bir çox sosial şəbəkə platformasında yeni bir şayiə yayılıb. İddia olunur ki, qlobal hakler hücumlarının qarşısını almaq üçün dünya üzrə internet 4 ay söndrüləcək, bank hesabları bloklanacaq, bütün əməliyyatlar nağd qaydada aparılacaq.
Bəzi platformalarda əhaliyə bankdakı pulları çıxarmaq və qızıla çevirmək, həmçinin su, qida və nağd pul ehtiyatı toplamaq təklif edilir.
Bir çox ölkədə ekspertlər və rəsmilər məsələyə münasibət bildiriblər. Onların yekun və vahid rəyi budur ki, yeni “internet apokalipsisi” barədə iddialar bütünlüklə cəfəngiyyatdır. Hansısa ölkədə internetin fəaliyyətində müvəqqəti çətinlik yarana bilər. Yaxud böyük şirkətlər profilaktika və ya yeniləmə məqsədi ilə saytın fəaliyyətini müvəqqəti məhdudlaşdıra bilər. Bunlar əslində hər həftə müşahidə olunan proseslərdir və dünyanın sonu, yaxud qlobal internetin dayanması ilə bağlı iddialara əsas vermir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 18 Noyabr 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















