Daha bir sığorta şirkətinin fəaliyyəti məhdudlaşdırıldı
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Mərkəzi Bankı (AMB) "Sığorta fəaliyyəti haqqında" qanunun 105.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında "İpək Yolu Sığorta" ASC-nin lisenziyasını məhdudlaşdırıb.
Milli.Az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, məhdudiyyət "Aviadaşıyıcıların üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası", "Elektron cihaz və avadanlıq sığortası", "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası", "Fiziki şəxslərin əmlakının sığortası", "Fərdi qəza (bədbəxt hadisələrdən) sığortası", "Hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin əmlakının sığortası", "Hava limanı sahiblərinin və hava hərəkəti idarəetmə orqanlarının mülki məsuliyyətinin sığortası", "Hava nəqliyyat vasitələrinin sığortası", "Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası", "İş fəaliyyəti prosesinin dayanmasının sığortası", "İşəgötürənin məsuliyyətinin sığortası", "Könüllü tibbi sığorta", "Montaj sığortası", "İpoteka predmeti olan əmlakın sığortası", "Qiymətli əşyaların daşınması sığortası", "Bankların və maliyyə xidmətləri göstərən digər hüquqi şəxslərin risklərinin kompleks sığortası", "Səyahətin kompleks sığortası", "Tikinti-quraşdırma riskləri sığortası", "Ümumi məsuliyyətin və peşə məsuliyyətinin sığortası", "Yüklərin sığortası", "Auditorların peşə məsuliyyətinin icbari sığortası", "Daşınmaz əmlakın icbari sığortası", "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" və "Sərnişinlərin icbari fərdi qəza sığortası" növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə həyata keçirilib. Qanunun 105.3-cü maddəsinə əsasən sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 17 Noyabr 2026 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















