Daha bir tanınmış hakim təqaüdə göndərilir
Icma.az bildirir, Axar.az portalına istinadən.
Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir tanınmış hakimi təqaüdə göndərilir.
Axar.az-ın Oxu.az-a istinadən məlumatına görə, hakim Eldar İsmayılov hakimlik fəaliyyətini başa vurur.
Bildirilib ki, 19 noyabr 2026-cı il tarixində onun Bakı Ağır Cinayətlər Məhkəməsində sonuncu iş günü olacaq.
Qeyd edək ki, Eldar İsmayılov 1993-2011-ci illərdə Milli Təhlükəsizlik Nazirliyində mühüm işlər üzrə baş müstəntiq vəzifəsində çalışıb. O, eyni zamanda, 2010-cu ildən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim kimi fəaliyyət göstərib.
O, fəaliyyəti dövründə ictimai rezonans doğuran bir sıra cinayət işləri üzrə məhkəmə araşdırmalarına sədrlik etməsi ilə tanınıb.
Qeyd edək ki, 2025-ci il noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi - Novruz Kərimov, Cavid Hüseynov və Rasim Sadıxov yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 17 Noyabr 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















