Icma.az
close
up
RU
Daha çox hansı mobil operatordan imtina edilib və hansı operatorlar seçilib?

Daha çox hansı mobil operatordan imtina edilib və hansı operatorlar seçilib?

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Azərbaycanda 10 ildən çoxdur ki, mobil nömrə daşınması xidməti aktivdir. 

Yəni hansısa bir mobil operatorun abunəçisi öz nömrəsini necə varsa olduğu kimi saxlamaqla  digər bir operatorun şəbəkəsinə keçirə bilir. Daşınmadan sonra nömrə tam olduğu kimi qalır, amma başqa bir mobil operator ona xidmət göstərir”. 

Bu sözləri Moderator.az-a açıqlamasında “Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib: 

“Maraqlıdır görəsən hazırda bu sahədə statistika necədir?

Daha çox kimlərdən, hansı operatorlardan imtina edilib və daha çox hansı mobil operator seçilib?

Azercell-dən imtina edənlər Bakcell-i , yoxsa Nar-ı seçib? Bakcell-dən imtina edənlər Azercell-i yoxsa Nar-ı seçib. 

Görəsən nömərisni başqasına daşıdıqdan sonra yenidən əvvəlki operatoruna qayıdanlar olubmu?

Düşünürəm ki, bütün  bunlar yetərincə ictimai əhəmiyyət kəsb edən statistikadır. Yəni “hansından imtina edilib, hansı seçilib” məsələsi mobil operatorlardan narazılıq səviyyəsini, xidmətlərin keyfiyyəti ilə bağlı vəziyyəti öyrənmək üçün əhəmiyyətli bir indeksdir. 

Əlbəttə mobil operatorlara belə statistikanı açıqlamaq maraqlı deyil.

Amma bu statistikanı İKTA təqdim edə bilər, daha doğrusu İKTA açıqlamalıdır bu tip məlumatları.

Ötən müddət ərzində İKTA internet xidmətləri sahəsində, internet provayderləri ilə bağlı ictimai nəzarət imkanlarının yaradılması istiqamətində müəyyən faydalı işlər görüb. Rəqəmsal platforma yaradıb və bu sektorla bağlı ictimai əhəmiyyətli məlumatları da zaman-zaman açıqlayır.

Amma bu qurumun mobil operatorlara yönəlik tənzimləyici addımları, ictimai nəzarət üçün imkanlarlar yarada biləcək addımlar hələlik müşahidə olunmur.

Düşünürəm ki İKTA tərəfindən  mobil operatorlar arasında nömrə daşınması statistikasını real olaraq əks etdirən bir platformanın yaradılması faydalı olardı.

Bu statistikanın açıqlanması keyfiyyətsiz xidmətləri olan operatorlar üzərində ictimai qınağın formalaşdırılması, ictimai nzəarət imkanların yaradılması baxımından da əhəmiyyət kəsb edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Yanvar 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri