Icma.az
close
up
RU
Daha iki Afrika ölkəsi ABŞ vətəndaşlarının ölkəyə girişini qadağan etdi

Daha iki Afrika ölkəsi ABŞ vətəndaşlarının ölkəyə girişini qadağan etdi

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Daha iki Afrika ölkəsi - Burkina-Faso və Mali - Donald Trampın bu ölkələrin sakinlərinə viza verməkdən imtina qərarına cavab olaraq, ABŞ vətəndaşlarının girişini qadağan edəcək.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri yazıb.

Məlumata görə, Mali və Burkina-Faso bəyan ediblər ki, ABŞ Prezidenti Donald Trampın Mali və Burkina-Faso vətəndaşlarının ABŞ-yə girişini qadağan etmək qərarına cavab olaraq, ABŞ vətəndaşlarının öz ölkələrinə girişinə icazə verməyəcəklər.

Nəşr bildirir ki, iki Qərbi Afrika ölkəsinin xarici işlər nazirləri tərəfindən verilən bu bəyanat Qərbi Afrika hərbi hökumətləri ilə ABŞ arasında onsuz da soyuq olan münasibətlərdə son dönüş nöqtəsi olub.

Qeyd edək ki, dekabrın 16-da Tramp ABŞ-yə girişlə bağlı daha əvvəl tətbiq edilən səyahət məhdudiyyətlərini daha 20 ölkəyə şamil edib və bunların arasında Mali, Burkina-Faso və Niger də var. Hərbçilər tərəfindən idarə olunan Mali, Burkina-Faso və Niger isə Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən ayrılan yeni bir regional birlik yaradıblar. Xatırladaq ki, 2024-cü ildə Burkina-Faso, Mali və Niger Sahel Dövlətləri Konfederasiyasını yaradıblar.

Ağ Ev Afrika ölkələri vətəndaşlarına səyahət qadağasının səbəblərindən biri kimi silahlı qruplaşmaların davamlı hücumlarını göstərib.

ABŞ-nin genişləndirilmiş qadağası noyabrın 26-da Vaşinqtonda iki Milli Qvardiya əsgərinin güllələnməsindən sonra Trampın gücləndirilmiş tədbirlərini əks etdirir.

Tramp Administrasiyası immiqrasiya nəzarətinin daha da sərtləşdirilməsini əsaslandırmaq üçün bu hadisəni ön plana çıxarıb.

Bu ayın əvvəlində Mali və Burkina-Fasoya da şamil edilən qadağanı elan edən Vaşinqton rəsmilərinin sözlərinə görə, məhdudiyyətlər xarici vətəndaşların girişinin qarşısını almaq üçün zəruridir, hansı ki, onların yaratdığı risklərin qiymətləndirilməsi üçün ABŞ-nin əlində kifayət qədər məlumat yoxdur.

Mali və Burkina-Faso hər iki ölkədə sürətlə yayılan silahlı qruplaşmaları cilovlamaqda çətinlik çəkirlər.

Eyni zamanda, bir neçə gün əvvəl Niger ABŞ-yə qarşı cavab tədbirləri elan edərək, ABŞ vətəndaşlarına tam şəkildə viza qadağası qoyub. Bu addım ABŞ-nin Niger vətəndaşlarının artıq ABŞ-yə giriş vizaları almaq hüququ olmayan ölkələrin siyahısına əlavə etmək qərarından sonra atılıb. Niger bütün ABŞ vətəndaşlarına vizaların verilməsini tamamilə və birdəfəlik dayandırıb, ABŞ vətəndaşlarının öz ərazisinə girişini qeyri-müəyyən müddətə qadağan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Dekabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri