Daha iki azərbaycanlı Gürcüstandan ölkəyə ekstradisiya edildi
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Daha 2 təqsirləndirilən şəxs Gürcüstandan Azərbaycana ekstradisiya edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.
Qeyd edilib ki, Ağstafa rayon polis şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Tahir Ayralovun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar oğurluq, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan cinayət işi üzrə isə Miryusif Qədirovun qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə axtarışa veriliblər.
Hər iki şəxs Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycan Respublikasına gətiriliblər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 06 Noyabr 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















