Gürcüstandan deportasiya olunan azərbaycanlılara ölkəyə girişi qadağan edildi
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Gürcüstan Daxili İşlər Nazirliyi son günlərdə 83 xarici vətəndaşı ölkədən deportasiya edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin daxili işlər qurumu məlumat yayıb.
“Miqrasiya İdarəsi tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycan, Türkmənistan, Türkiyə, Rusiya, Efiopiya, Misir, İraq, Hindistan, Burundi, Pakistan, Keniya, Bolqarıstan, Banqladeş, İordaniya, Nigeriya, Ermənistan, Özbəkistan, Çin və digər ölkələrin ümumilikdə 83 vətəndaşı Gürcüstandan çıxarılıb”, - açıqlamada bildirilib.
Deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.
“Daxili İşlər Nazirliyi ölkədə qanunsuz miqrasiyaya qarşı intensiv mübarizəni davam etdirir. Son statistik məlumatlara görə, təkcə bu il Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən 3000-dən çox insan ölkədən deportasiya olunub”, - DİN əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 22 Sentyabr 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















