Icma.az
close
up
RU
Dahi Lider Heydər Əliyev güclü Azərbaycan ideyasının banisi.

Dahi Lider Heydər Əliyev güclü Azərbaycan ideyasının banisi.

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Azərbaycanın müasir dövlətçilik tarixində 14 iyul 1969-cu il xüsusi əhəmiyyət daşıyan tarixi bir mərhələdir. Məhz həmin gün Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ilə ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında əsaslı dəyişikliklərin təməli qoyuldu. O dövrdə Azərbaycan iqtisadi gerilik, idarəetmədə mövcud çatışmazlıqlar, korrupsiya və digər mənfi halların təsiri altında inkişaf baxımından ittifaq respublikaları arasında arzuolunan mövqedə deyildi. Bütün bunlar əhalinin sosial rifahına da mənfi təsir göstərirdi.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər respublikanın hərtərəfli inkişafı ilə yadda qalmışdır. Onun uzaqgörən rəhbərliyi nəticəsində ölkənin iqtisadi həyatında mühüm canlanma baş verdi, sənaye müəssisələri yenidən quruldu, kənd təsərrüfatının məhsuldarlığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Yeni istehsal sahələrinin yaradılması, nəqliyyat və rabitə infrastrukturunun genişləndirilməsi Azərbaycanın inkişafına güclü təkan verdi. Bununla yanaşı, elm, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.
Ulu Öndər gələcəyin qüdrətli Azərbaycanını savadlı və peşəkar gənclərin quracağına inanırdı. Bu məqsədlə milli kadr hazırlığına xüsusi önəm verir, minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradırdı. Həmin gənclərin böyük bir hissəsi sonradan ölkənin müxtəlif sahələrində peşəkar mütəxəssis kimi yetişərək Azərbaycanın inkişafına mühüm töhfələr verdi. Eyni zamanda, ana dilinin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və azərbaycançılıq məfkurəsinin formalaşdırılması istiqamətində atılan addımlar xalqın milli şüurunun möhkəmlənməsində mühüm rol oynadı.
Qeyd etmək istərdim ki, 1993-cü ildə ölkənin ağır sınaqlarla üzləşdiyi bir dövrdə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlətçiliyimizi xilas etdi. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqın böyük etimadını qazanan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə ölkənin müstəqillik tarixində yeni siyasi mərhələnin başlanğıcı kimi mühüm əhəmiyyət daşıdı. Xalqın iradəsi ilə dövlət rəhbərliyinə qayıdan Ulu Öndər qarşıya çıxan mürəkkəb problemlərin həlli, dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin inkişafının təmin edilməsi istiqamətində ardıcıl siyasət həyata keçirdi. Onun prezidentliyi dövründə Azərbaycanın milli dövlətçilik əsasları daha da möhkəmləndirildi, ölkənin beynəlxalq nüfuzu yüksəldi və gələcək sosial-iqtisadi inkişaf üçün möhkəm təməl formalaşdırıldı.
Onun qətiyyətli siyasi iradəsi nəticəsində ölkədə sabitlik bərpa olundu, dövlət idarəçiliyi gücləndirildi və Azərbaycanın gələcək inkişafını müəyyən edən mühüm qərarlar qəbul edildi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycanın zəngin enerji ehtiyatları dünya bazarına çıxarıldı, ölkəyə iri həcmli xarici investisiyalar cəlb edildi və yeni iqtisadi inkişaf modelinin əsası qoyuldu. Bunun ardınca həyata keçirilən enerji layihələri Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirdi və ölkəmizi regionun aparıcı dövlətlərindən birinə çevirdi.
Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin inkişaf salnaməsində mühüm yer tutur. Onun müəyyən etdiyi dövlətçilik ənənələri və siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar və inkişaf layihələri Azərbaycanın iqtisadi, sosial və siyasi baxımdan daha da güclənməsinə şərait yaradır. Bu gün Azərbaycan hərtərəfli inkişaf edir, beynəlxalq nüfuzu və regional mövqeləri daha da möhkəmlənir. Bu uğurlar Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf yolunun müasir dövrdə davam etdirilməsinin göstəricisidir.
Fərid Hacıbəyli
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 30 Sentyabr 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri