Icma.az
close
up
RU
“Daily Show” başlayır!

“Daily Show” başlayır!

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 11-dən etibarən, COP29-un Böyük Britaniyanın “Hi Impact” yayım şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanan “Daily Show” televiziya proqramının canlı yayımına başlanılacaq.

News24.az xəbər verir ki, qlobal auditoriyanın diqqətinin bu ilin ən əlamətdar hadisəsi olan 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfansına cəlb etmək üçün nəzərdə tutulmuş 30 dəqiqəlik “Daily Show” televiziya proqramında tədbirin gündəlik hadisələri işıqlandırılacaq.

Həmçinin, dünya liderləri, elm adamları, ictimai xadimlər və iqlim sahəsinin novatorçuları innovativ formatda yayımlanacaq bu verilişin qonaqları olacaqlar.

“Daily Show” proqramının on iki buraxılışı dünyanın dörd qitəsini əhatə etməklə 47 telestudiya ilə əməkdaşlıq çərçivəsində gündəlik onlayn yayımlanacaq və milyonlarla tamaşaçı bu verilişə ödənişsiz şəkildə baxa biləcək. Bundan əlavə, hər gün yayımdan sonra verilişlər COP29-un rəsmi YouTube və digər sosial media kanallarına yüklənəcəkdir.

Bu formatda ilk dəfə yayımlanan “Daily Show” proqramı kommunikasiya sahəsində məşhur agentlik və yayım şirkəti olan - “Hi Impact” ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. Veriliş konfransda şəxsən iştirak edə bilməyən beynəlxalq auditoriyaya COP29 əsnasında cərəyan edən hadisələri unikal formatda izləməyə imkan yaratmaqla COP29-un inklüzivliyin təmin edilməsi öhdəliyini təcəssüm etdirir.

Qeyd edək ki, COP29-un Yaşıl Zonasında xüsusi olaraq yaradılan studiyadan yayımlanacaq proqrama aparıcı qismində Avropa, Yaxın Şərq və Asiya regionlarının telekanallarında yayımlanan xəbərlər və müsahibə verilişləri sahəsində zəngin təcrübəyə malik jurnalist və beynəlxalq aparıcı Rozanna Lokvud cəlb olunub. O, “News UK”, “Prime Time with Rosanna Lockwood’” kimi verilişlərin aparıcısı olub.

Proqramda iqlim dəyişmələri sahəsinin görkəmli simaları ilə yanaşı ənənəvi mediadan uzaq olan gənc auditoriyanı əhatə etmək üçün iqlim məsələlərini işıqlandıran blogerlər qonaq reportyor qismində cəlb olunacaqlar. Verilişin tonu və üslubu bütün sosial qruplardan olan tamaşaçıları iqlim dəyişmələri mövzusuna cəlb etmək üçün nəzərdə tutulub. Belə ki, verilişin əsas məqsədi bəzən mürəkkəb və texniki olan iqlim müzakirələrini daha geniş auditoriya üçün əlçatan etməkdir.

Qeyd edək ki, media və yayım şirkətləri “Daily Show” verilişinin ödənişsiz yayımlanması üçün imkanları təmin edir. Verilişin yayımlanmasında maraqlı olan şirkətlər [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Noyabr 2024 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see399

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see300

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see243

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see230

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see219

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see216

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see209

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see203

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see192

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see190

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see186

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see184

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see182

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see182

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see181

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see180

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see180

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see168

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see167

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri