Icma.az
close
up
RU
“Daily Show”un canlı yayımı başlayır

“Daily Show”un canlı yayımı başlayır

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Noyabrın 11-dən etibarən, COP29-un Böyük Britaniyanın “Hi Impact” yayım şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanan “Daily Show” televiziya proqramının canlı yayımına başlanılacaq.
Yeniavaz.com
 xəbər verir ki, qlobal auditoriyanın diqqətinin bu ilin ən əlamətdar hadisəsi olan 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfansına cəlb etmək üçün nəzərdə tutulmuş 30 dəqiqəlik “Daily Show” televiziya proqramında tədbirin gündəlik hadisələri işıqlandırılacaq. Həmçinin, dünya liderləri, elm adamları, ictimai xadimlər və iqlim sahəsinin novatorçuları innovativ formatda yayımlanacaq bu verilişin qonaqları olacaqlar.
“Daily Show” proqramının on iki buraxılışı dünyanın dörd qitəsini əhatə etməklə 47 telestudiya ilə əməkdaşlıq çərçivəsində gündəlik onlayn yayımlanacaq və milyonlarla tamaşaçı bu verilişə ödənişsiz şəkildə baxa biləcək. Bundan əlavə, hər gün yayımdan sonra verilişlər COP29-un rəsmi YouTube və digər sosial media kanallarına yüklənəcəkdir.
Bu formatda ilk dəfə yayımlanan “Daily Show” proqramı kommunikasiya sahəsində məşhur agentlik və yayım şirkəti olan - “Hi Impact” ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. Veriliş konfransda şəxsən iştirak edə bilməyən beynəlxalq auditoriyaya COP29 əsnasında cərəyan edən hadisələri unikal formatda izləməyə imkan yaratmaqla COP29-un inklüzivliyin təmin edilməsi öhdəliyini təcəssüm etdirir.
Qeyd edək ki, COP29-un Yaşıl Zonasında xüsusi olaraq yaradılan studiyadan yayımlanacaq proqrama aparıcı qismində Avropa, Yaxın Şərq və Asiya regionlarının telekanallarında yayımlanan xəbərlər və müsahibə verilişləri sahəsində zəngin təcrübəyə malik jurnalist və beynəlxalq aparıcı Rozanna Lokvud cəlb olunub. O, “News UK”, “Prime Time with Rosanna Lockwood’” kimi verilişlərin aparıcısı olub.
Proqramda iqlim dəyişmələri sahəsinin görkəmli simaları ilə yanaşı ənənəvi mediadan uzaq olan gənc auditoriyanı əhatə etmək üçün iqlim məsələlərini işıqlandıran blogerlər qonaq reportyor qismində cəlb olunacaqlar. Verilişin tonu və üslubu bütün sosial qruplardan olan tamaşaçıları iqlim dəyişmələri mövzusuna cəlb etmək üçün nəzərdə tutulub. Belə ki, verilişin əsas məqsədi bəzən mürəkkəb və texniki olan iqlim müzakirələrini daha geniş auditoriya üçün əlçatan etməkdir.
Qeyd edək ki, media və yayım şirkətləri “Daily Show” verilişinin ödənişsiz yayımlanması üçün imkanları təmin edir. Verilişin yayımlanmasında maraqlı olan şirkətlər [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 10 Noyabr 2024 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see354

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see270

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see242

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see235

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see232

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see225

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see199

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see192

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see189

İlham Əliyev: “Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır“

13 İyul 2026 21:13see176

III Çarlz dörd ildən sonra şahzadə Harri və ailəsi ilə GÖRÜŞDÜ

13 İyul 2026 21:39see172

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see171

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see170

“” və “”la bağlı gözlənilməz QƏRAR

13 İyul 2026 20:48see168

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see164

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see163

Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür

14 İyul 2026 00:04see159

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see158

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see148

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri