Icma.az
close
up
RU
Daim bir barmağımız tətikdə olmalıdır Deputatdan Paşinyanın çıxışına REAKSİYA

Daim bir barmağımız tətikdə olmalıdır Deputatdan Paşinyanın çıxışına REAKSİYA

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan Baş naziri Nikol Paşinyan BMT-nin 81-ci sessiyasında çıxışı zamanı itkin düşmüş şəxslərdən danışıb.

“Bir neçə min itkin düşmüş şəxsin taleyinin aydınlaşdırılması Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə həll edilməli olan bir məsələdir”,- Paşinyan deyib.

Paşinyanın bu çıxışı olduqca ziddiyyətli səslənir. Çünki Ermənistan tərəfi müharibədən artıq 6 il keçməsinə baxmayaraq, 4000-ə yaxın itkinimizlə bağlı heç bir əməli addım atmayıb.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Paşinyanın ziddiyyətli açıqlamaları təəccüblü deyil:

“Paşinyanın ziddiyyətli açıqlamaları bizi təəccübləndirmir və uydurma tələbləri də bizi təəccübləndirməməlidir. Çünki biz əvvəlindən bəri bir-birinə zidd olan iki Paşinyan tanıyırıq. Birinci Paşinyan deyirdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. İkinci Paşinyan isə deyir ki, “Qarabağ Azərbaycandır və nöqtə”. Yəni bu, Paşinyan məsələsi deyil, klassik erməni siyasətidir. Ona görə də Azərbaycanda həmişə güclü “dəmir yumruq” olmalıdır ki, Paşinyanın açıqlamaları bizim xeyrimizə olsun. Biz ermənilərin necə bir siyasət həyata keçirdiklərini çox yaxşı bilirik və bu gün Paşinyanın nə üçün belə dəyişkən mövqe nümayiş etdirdiyinə də yaxşı bələdik”.

Deputatın sözlərinə görə, Paşinyanın son ritorikasının Rusiya ilə münasibətlər fonunda müəyyən səbəbləri ola bilər:

“Paşinyan Rusiyaya səfərə hazırlaşır və səfər ərəfəsində Rusiyadan müəyyən möhlət əldə etmək üçün daha çox Rusiyanın Qafqaz siyasətini dəstəkləyən ritorika ilə çıxış edir. Ona görə də məsələnin bir tərəfi budur. Ancaq bu, o demək deyil ki, kənardan təzyiq olmasa, Paşinyanın mövqeyi belə dəyişə bilməz. Dəyişə bilər. Çünki ermənilər, o cümlədən Paşinyan bilsə ki, bir qədər güclənib, Ermənistanın gücü Azərbaycanla yaxın və ya bərabərdir, o zaman əmin olun ki, Ermənistandakı bir Paşinyanın yox, bütün Paşinyanların mövqeyinin 180 dərəcə dəyişdiyini görəcəyik”.

H.Babaoğlu hesab edir ki, Azərbaycan-Ermənistan münasibətlərində əsas prinsip təhlükəsizlik amilinin nəzərə alınması olmalıdır:

“Ona görə də mən düşünürəm ki, hər nə olursa-olsun, Ermənistanla sülhün formulası “soyuq sülh” formulası kimi qavranılmalıdır. Soyuq sülh isə o deməkdir ki, daim bir barmağımız tətikdə olmalıdır. İkincisi, Ermənistanla bizim münasibətlərimizin necə olmasının siyasi düsturunu Azərbaycan Prezidenti Kəlbəcərdə çıxış edən zaman bəyan etdi. Dedi ki, “Biz ermənilərlə nə qədər əlaqələr qursaq da, Xocalı soyqırımını unutmamalıyıq”. Məncə, bax bu mövqe daim Azərbaycanın yaddaşında olmalıdır, əbədi həkk olunmalıdır ki, daim güclü olaq və Ermənistan bizim şərtlərimizi qəbul etsin”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Sentyabr 2026 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri