Icma.az
close
up
RU
Paşinyanın gözləri açılana oxşamır Deputatdan sərt REAKSİYA

Paşinyanın gözləri açılana oxşamır Deputatdan sərt REAKSİYA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünən keçirdiyi seçki kampaniyası zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın səmimi etiraf təsiri bağışlayan bir çıxışı, parlamentin sədri Alen Simonyanın isə açıqlaması vardı. Bizim bəzi saytlarda yanlış şərh olunduğundan həmin çıxış və açıqlama haqda bir neçə kəlmə yazmaq qərarına gəldim.

Çıxışında Paşinyan deyir ki, özləri üçün qurban, bizim üçünsə işğalçı sayılanların tökülən qanları onun gözünü açıb. Burada bir haşiyə çıxaraq deyim ki, bizdə bəzən hayların “nahatak”, yaxud da “martiros” sözü şəhid kimi tərcümə edilir, amma unudulur ki, şəhidlik islamla bağlı anlayışdır. Dəqiq ifadə etməsə də, məncə, həmin iki söz “qurban” kimi tərcümə olunsa, daha doğrudur. Nə isə, qurbanlarından danışan Paşinyana qayıdaq; o bildirir ki, gözləri açılıb. Mən isə bu fikirdəyəm ki, elə də açılana oxşamır. Əgər gözləri açılmış olsa idi, elə oradaca Ermənistandan deportasiya olunan azərbaycanlıların öz yurdlarına dönmələrinə qarşı çıxardımı? Belədə onunla 600 il azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmək arzusu ilə yaşadıqlarını bildirən keçmiş ustadı - nasist Levon Ter-Petrosyan arasında nə fərq var?

Ermənistan parlamentinin spikeri isə dünənki müsahibəsində onu qəzəbləndirən və ağrıdan ən böyük şeyin, İkinci Qarabağ savaşı günlərində öz sözləri ilə desək, gedib Moskvada yalvarmağının, oradakıların ayaqlarını öpməyinin nəticəsiz qalması və bunun nəticəsiz qalacağını öncədən bilməməsi olduğunu vurğulayır. O, bir zamanlar “Akna” adı qoyduqları Ağdamda əlində nar şəkil çəkdirib altından da “Serj Sərkisyana görə “Akna” bizim torpaq deyil, mən isə bildirirəm ki, bizimdir” yazmasından yox, Ağdamın əsl yiyələrinin geri dönmələrindən kədərləndiyini və bunun qarşısını almadıqlarına görə kimlərdənsə incidiyini gizlətmir.

Heç bir pisliyimizi görmədikləri halda bizə qarşı mərdiməzarlıq etmələri, torpağımızı ələ keçirib yüzlərlə şəhər və kəndlərimizin altını üstünə çevirmələri isə bunları zərrə qədər ağrıtmır. Özlərini elə aparırlar ki, sanki bu, belə də olmalıymış. Onları ağrıdan, ələ keçirdiklərinin geri qaytarılması, bunun bədəlini qismən də olsa ödəmələridir. İncidən isə hər şeyin necə var qalmasında umduqları dəstəyi almamalarıdır. Yəni Ermənistan rəhbərliyindəkilər  gizlətmirlər ki, Rusiya onlar üçün daha çox məhz Azərbaycan torpaqlarının işğal altında saxlanmasında verdiyi dəstəyə görə dəyərli imiş; dəstək yoxdursa, dəyər də yoxdur. 

Hayların nə kilsəsi, nə toplumun özü, nə də dövlət rəsmilərindən kimsə,  o sıradan da Paşinyanla Simonyan  hələ indiyədək çıxıb deməyib ki, ay azərbaycanlılar, sizə qarşı haqsızlığa yol vermişik, bizi bağışlayın. Ancaq ona ah-uf edirlər ki, haqsızlıqlarının nəticəsinin əbədiləşdirilməsində gözlədikləri dəstəyi ala bilməyiblər, havadar seçərkən yanılıblar, qurbanları olub və sair, və ilaxır. 
Yəni zehniyyət yerindədir. Zehniyyət yerindədirsə, “Dəmir Yumruq” da yerində və həmişə gücləndirilmiş iş rejimində olmalıdır!

Sahib ALIYEV, 

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 İyun 2026 00:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri