Icma.az
close
up
RU
Daimi yorğunluğun gizli səbəbləri: Nəyi bilmək vacibdir?

Daimi yorğunluğun gizli səbəbləri: Nəyi bilmək vacibdir?

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir çox insan özünü daim yorğun hiss edir və bunu yuxusuzluq, stres və işlərin çoxluğu ilə əlaqələndirir. Lakin bəzən bu yorğunluq ciddi sağlamlıq probleminin əlaməti ola bilər.

Oxu.Az-ın "İzvestiya"ya istinadla verdiyi məlumata görə, bu barədə tibb elmləri namizədi Lyubov Stankeviç danışıb.

Onun sözlərinə görə, əgər yorğunluq həftələrlə, hətta aylarla davam edirsə, insanın həyat tərzi normaldırsa, lakin yenə də o, yuxululuq, baş ağrıları, halsızlıq, diqqət dağınıqlığı, tez-tez əhval dəyişkənliyi və əsəbiliklə üzləşirsə, bu artıq sadə yorğunluq deyil, həkimə müraciət üçün ciddi siqnaldır.

Xroniki yorğunluğun səbəbləri nələr ola bilər?

Viruslar, xüsusilə Epşteyn-Barr, sitomeqalovirus və herpes virusları uzun müddət bədəndə gizli qala və immun sisteminə təsir edə bilər.

Genetik faktorlar, hüceyrələrdə enerji mübadiləsinin və sinir impulslarının ötürülməsinin pozulması da bu vəziyyətə səbəb ola bilər.

Doğru diaqnoz necə qoyulur?

Bu sindrom yalnız digər səbəblər istisna edildikdən sonra təsdiqlənə bilər. Yəni, əvvəlcə həkimlə birlikdə mərhələli şəkildə analizlər vermək lazımdır:

- Ümumi qan analizi və C-reaktiv zülal - iltihab göstəriciləri;

- TSH (tiroidstimullaşdırıcı hormon) - qalxanabənzər vəzinin fəaliyyəti;

- Ferritin - gizli dəmir çatışmazlığı;

- Qlükoza və qlükozalaşmış hemoqlobinə baxış - şəkər və maddələr mübadiləsi riski olanlar üçün vacibdir;

- Ümumi sidik analizi;

- COVID-19 və digər infeksiyalardan sonra - yüksək həssas troponin (ürək əzələsinin vəziyyəti üçün).

Əgər bu analizlərdə heç bir problem aşkarlanmasa, növbəti mərhələdə yoluxucu xəstəliklər istisna edilməlidir:

- HİV testi;

- Vərəmə qarşı yoxlanış.

Xroniki yorğunluq bəzən dəmir çatışmazlığı, avtoimmun xəstəliklər və ya hətta ürək-damar problemlərinin ilk əlaməti ola bilər. Əgər yorğunluq uzun müddət keçmirsə və səbəbi aydın deyilsə, mütləq həkimə müraciət edilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 May 2025 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri