Payızda yorğunluğun əsas SƏBƏBLƏRİ
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dietoloq Meqan Rossi payızda insanların özlərini daima yorğun hiss etməsinin səbəbini açıqlayıb.
Redaktor.az xəbər verir ki, həkimin fikirlərini "HuffPost" yayıb.
Rossi bildirib ki, əsas amil gün işığının azalmasıdır. Onun sözlərinə görə, təbii işığın miqdarı serotoninin və melatoninin sintezinə təsir göstərir, bu isə özlüyündə yorğunluq yaradır. Bundan başqa, sutkalıq bioloji ritmlər bağırsaq mikrobiomasının tərkibinə də təsir edir.
“Nəticədə faydalı, iltihab əleyhinə bakteriyaların sayı azalır, həzm zəifləyir və enerji ehtiyatı tükənir”, - deyə mütəxəssis vurğulayıb.
Dietoloq əlavə edib ki, yuxusuzluq, azhərəkətlilik və həddindən artıq karbohidrat qəbulu vəziyyəti daha da ağırlaşdırır. Onun sözlərinə görə, yorğunluqla mübarizə üçün payızda gündüz vaxtı açıq havada daha çox olmaq, qidalanmada D vitamini və maqneziuma yer vermək, həmçinin yuxu keyfiyyətinə diqqət etmək vacibdir.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 22 Sentyabr 2025 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















