Dairədə maşınların arxasında gizlənən qadın piyada qorxunc anlar yaşatdı ANBAAN VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Binəqədi rayonunda piyadalardan biri qeyri-adi üsulla yolu keçməyə çalışıb.
Avtosfer.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsində piyada yolu ona aid olmayan yerdən keçib.
Belə ki, Bakı-Sumqayıt şosesində taksi və ya avtobusdan düşdüyü ehtimal olunan qadın qəsəbə istiqamətində yolu keçməyə qərar verib. Lakin o bunu qaydaları kobud şəkildə pozaraq yerinə yetirib. Xocəsən dairəsinin ortası ilə yolu keçən qadın avtomobillərin arxasından qəfil çıxaraq nəqliyyat vasitəsinin sürücüsünə çətin anlar yaşadıb.
Sürücünün ayıq-sayıqlığı nəticəsində yol-nəqliyyat hadisəsi baş verməyib. Piyada xanım sürücünün qəfil tormozlaması zamanı özünü itirib, sonra isə dairəyə tərəf addımlayaraq avtomobilə yol da verməyə çalıışıb.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 25 İyun 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















