Dairədəki avtomobili gözardı edən sürücü qəza təhlükəsi yaratdı VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxtın Xətai rayonu, Ukrayna dairəsində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 28-də saat 07:35 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, 10-NA-321 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü yolayrıcının keçilməsi qaydasını pozub. Belə ki, o, dairə boyunca hərəkətdə olan maşını gözləmədən yoluna davam edib və bu zaman görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb.
Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsində qeyd olunur ki, dairəvi hərəkət təşkil olunmuş yolayrıcının qarşısında “4.3 – Dairəvi hərəkət” nişanı qoyulduqda, sürücülər dairə üzrə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 29 Aprel 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















