Icma.az
close
up
RU
Dakar 2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Dakar 2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında mübarizə aparacağı məsafələrdən biri üzrə yarış ləğv edilib.

Milli Olimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə üzgüçülük üzrə komandanın məşqçisi Ruslan Hətəmxanov məlumat verib.

Onun sözlərinə görə, suyun temperaturunun yüksək olması səbəbindən 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarının keçirilməsindən imtina edilib. Məşqçi bildirib ki, yarışın vaxtı dəyişdirilməyib, məsafə üzrə mübarizə tamamilə proqramdan çıxarılıb.

“Süleyman İsmayılzadə Dakar-2026-da üç - 200, 400 və 800 metr məsafə üzrə sərbəst üsulla üzmə yarışlarında mübarizə aparmalı idi. Lakin suyun tempraturunun isti olması ilə əlaqədar 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışları ləğv edildi. Maraqlıdır ki, yarışın vaxtı dəyişdirilmədi, birbaşa proqramdan çıxarıldı. İlk dəfədir belə bir halla qarşılaşırıq. Qərar heç kimlə müzakirə olunmadan qəbul edildiyi üçün bir qədər narazılıqla qarşıladıq. Həmin məsafədə mübarizə sabah başlamalı idi. Beləliklə, Süleyman Oyunlarda iki məsafədə çıxış edəcək”, - deyə Ruslan Hətəmxanov qeyd edib.

Məşqçinin sözlərinə görə, belə olan halda Azərbaycan millisinin üzvlərindən ilk olaraq Məryəm Cavadova start xəttinə çıxacaq. O, noyabrın 2-də 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında mübarizə aparacaq. Süleyman İsmayılzadə isə ilk çıxışını noyabrın 3-də 400 metr məsafədə edəcək. Üzgüçümüz noyabrın 6-da 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışında da bacarığını nümayiş etdirəcək.

Üzgüçülük yarışları “Tur de löf” idman kompleksində və Dakar Su İdmanı Mərkəzində təşkil olunacaq. Artıq hər iki idmançımız bu məkanlarda iki məşq keçib. Məşqçinin bildirdiyinə görə, hazırlıq prosesi yaxşıdır və komandada hər şey qaydasındadır.

Qeyd edək ki, Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Seneqal milli futbol komandasının ev oyunlarını keçirdiyi Abdulaye Vade stadionunda təşkil olunacaq mərasimdə Azərbaycan komandasının bayrağını üzgüçülərimiz Süleyman İsmayılzadə və Məryəm Cavadova daşıyacaq.

Xatırladaq ki, Süleyman İsmayılzadə III MDB Oyunlarının qalibi, VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısıdır. Məryəm Cavadova isə VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2026 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri