Dakarda 2 qızıl medal
Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunları çərçivəsində çimərlik güləşi üzrə yarışa yekun vurulub.
Apasport.az xəbər verir ki, Tunar Quliyev (70 kq) və Elgün Kərimli (80 kq) qrup mərhələsində keçirdikləri hər üç görüşdən qələbə ilə ayrılaraq yarımfinala yüksəliblər.
Tunar Quliyev ukraynalı Mikita Kuzmenkoya 2:0 hesabıyla qalib gələrək finala vəsiqə qazanıb. Finalda isə gürcüstanlı Luka Maxaradzeni 3:1 hesabıyla məğlub edən idmançımız Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi olub.
Elgün Kərimli yarımfinalda seneqallı Ablaye Diufa heç bir şans tanımayıb – 5:0. Həlledici görüşdə Gürcüstanı təmsil edən soydaşımız Nurəddin Mustafayevə 3:1 hesabıyla qalib gələn güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, Tunar Quliyev və Elgün Kərimli Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qızıl medalı boyunlarından asıblar. Xatırladaq ki, ötən gün Nihad Süleymanlı (80 kq) gümüş medal qazanıb. Bu nəticəylə 70 xal toplayan millimiz komanda hesabında 1-ci yeri tutub. Gürcüstan (61) ikinci, Seneqal (58) isə üçüncü pillədə qərarlaşıb.
Arseniy Djioyev dünya çempionatının finalında Azərbaycanın iki güləşçisi dünya çempionatının yarımfinalında Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub oldu Güləş üzrə “Gəncə Kuboku” turniri keçirilib Millimiz dünya ikincisi oldu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 09 Noyabr 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















