Icma.az
close
up
RU
Uşaqların təminatı üçün yeni model: Aliment bank hesabına köçürüləcək?

Uşaqların təminatı üçün yeni model: Aliment bank hesabına köçürüləcək?

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda aliment məbləğinin artırılması məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Təşəbbüs uşaqların maddi təminatının yaxşılaşdırılması baxımından zəruri hesab olunsa da, bəzi mütəxəssislər bunun boşanma qərarlarına və ailə münasibətlərinə mümkün təsirlərini gündəmə gətirirlər. Xüsusilə, boşanmaların sayının artdığı indiki şəraitdə aliment ödənişlərinin yüksəldilməsinin hansı nəticələrə səbəb ola biləcəyi maraq doğurur. Bəs alimentin artırılması boşanmaların sayına təsir göstərə bilərmi? Uşaqların sosial müdafiəsi ilə aliment ödəyən valideynlərin maddi imkanları arasında balans necə qorunmalıdır?

Mövzu ilə bağlı "Azpolitika"ya danışan iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, aliment məbləğinin artırılması boşanmaların sayının çoxalması və ya azalması ilə əlaqədar deyil:

"Əgər yaşam xərcləri artırsa, deməli uşaq üçün nəzərdə tutulan xərclər də yüksəlir. Bu əsasla da gəlirlərin yüksəlməsi fonunda aliment məbləği də artırılır. Əksər vaxtlar tərəflər, xüsusilə də aliment ödəyən valideyn məbləğin artırılmasını onun birbaşa maliyə yükünün yüksəlməsi kimi qiymətləndirsə də, bu, doğru yanaşma deyil. Nəzərə almaq lazımdır ki, bu məbləğ ildə 1 dəfə artırılır .Lakin bazar və vitrindəki qiymətlər isə mütəmadi olaraq dəyişə bilər. Başqa sözlə, uşağın gündəlik ehtiyaclarının dəyəri mütəmadi yüksəldiyi halda, aliment məbləğinin dəyişməsi daha məhdud dövrdə baş verir. Bu isə bəzi hallarda uşağın real yaşayış xərcləri ilə ona ödənilən vəsait arasında fərqin yaranmasına gətirib çıxara bilər".

İqtisadçının sözlərinə görə, aliment məsələsində tərəflər arasında yaranan narazılıqların azaldılması üçün alternativ maliyyə mexanizmlərinin tətbiqi də müzakirə oluna bilər:

"Məsələn, aliment vəsaitinin xüsusi bank hesabına köçürülməsi və həmin hesaba dövlət tərəfindən illik 20 faiz həcmində əlavə dəstəyin göstərilməsinin daha məqsədəuyğun model kimi təqdim edilməsi mümkündür. Belə bir mexanizm uşağın gələcək ehtiyacları üçün əlavə vəsaitin formalaşmasına, eyni zamanda aliment ödəyən valideynin üzərinə düşən maliyyə yükünün müəyyən qədər balanslaşdırılmasına imkan yarada bilər. Mütəxəssisin qənaətinə görə, aliment siyasətində əsas diqqət valideynlər arasındakı münasibətlərdən daha çox uşağın mənafeyinə yönəlməlidir. Belə ki, həm uşağın layiqli yaşayışı təmin edilməli, həm də valideynlərin real maddi imkanları nəzərə alınmalıdır".

Müşviq Tofiqoğlu

Azpolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Noyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see346

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see304

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see297

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see287

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see271

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see265

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see265

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see246

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see242

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see242

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see235

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see233

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see229

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see223

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see223

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see217

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see215

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see209

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri