Icma.az
close
up
RU
Damarında bomba daşıyanlar: 200 ə çatdısa həyat bitdi

Damarında bomba daşıyanlar: 200 ə çatdısa həyat bitdi

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Yüksək qan təzyiqi çox vaxt heç bir əlamət büruzə vermədən inkişaf etdiyi üçün tibb aləmində "səssiz qatil" adlandırılır. Hipertoniya uzun müddət gizli qalsa da, orqanizmdə yaratdığı fəsadlar gələcəkdə ciddi sağlamlıq risklərinə yol açır. Gündəlik həyat tərzi, qidalanma vərdişləri və stress səviyyəsi təzyiqin idarə olunmasında həlledici rol oynayır.
Tibb eksperti Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, yüksək qan təzyiqi ürək miokard infarktı və insultun yaranmasında əsas faktorlardan biridir.
Həkimin sözlərinə görə, arterial təzyiqin yüksəlməsi damar divarlarını zədələyərək həyati vacib orqanların fəaliyyətini pozur. Bu vəziyyətə profilaktik yanaşma xəstəliyin fəsadlarından qorunmaq üçün ən effektiv yoldur.
"Yəni həm miokard infarktının, həm də insultun yaranmasında yüksək təzyiq böyük rol oynayır. Bu, əslində hipertonik kriz riskidir. Problem ondadır ki, hipertoniya xəstələri çox vaxt xəstəliyə uyğunlaşırlar və vəziyyətin ciddiliyini qəbul etmirlər. Xüsusilə, xolesterin səviyyəsi yüksək olan, triqliseridləri normadan artıq olan şəxslər dərman qəbul etmir, həkimə müraciət etmir və özlərinə lazımi diqqəti göstərmirlər. Bəzən isə sistolik təzyiqi 200 mmHg-yə yaxın olan xəstələr belə, bunu hiss etmədən gündəlik həyatlarını davam etdirirlər. Lakin bu yüksək təzyiq gecə saatlarında qəfil yüksələndə, ani ölümlərə, miokard infarktına və ya insulta səbəb ola bilər. Məhz bu, hipertoniya xəstəliyinin ən təhlükəli tərəfidir".
Həkim bildirib ki, bu səbəbdən belə xəstələrin mütəmadi olaraq "check-up" müayinələri aparılmalı, onlara lazımi təyinatlar verilməli və təzyiq normada saxlanmalıdır. 
"Əks halda, əmək qabiliyyətini itirən bu insanlar əlilliyə doğru gedir, dövlət və ailə üçün əlavə yük və xərc yaranır. Bəzən bu xəstələr ictimai faydalı şəxslər olurlar, məsələn, sənət və ya istehsalat sahəsində çalışaraq cəmiyyət üçün faydalı olurlar. Lakin təzyiqə nəzarətsizlik nəticəsində onların həyatları risk altına düşür və sadəcə nizamsızlıqdan faciəyə çevrilir. Ona görə hesab edirəm ki, insanlar diqqətli olmalıdır. 40–45 yaşdan yuxarı şəxslər mütəmadi olaraq arterial təzyiqini ölçməlidir. Ailə anamnezi, yəni valideynlərdən irsi keçən xəstəliklər də erkən hipertoniya riskini artırır. Belə xəstələr erkən yaşdan nəzarət altında olmalı, hipertonik kriz və onun fəsadlarından qorunmalıdır".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Aprel 2026 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see344

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see231

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see221

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see217

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see215

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see213

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see203

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see202

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see202

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see201

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see199

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see180

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see177

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see176

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see173

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see171

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see170

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see170

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see169

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri