Icma.az
close
up
RU
525 ci qəzet Vətən eşqi axacaq nur kimi can damarında

525 ci qəzet Vətən eşqi axacaq nur kimi can damarında

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hüseyn BAĞIROĞLU

Yenə də Gün doğacaq şanlı

Turan ölkəsinə!

Oyanıb qaynayacaq o qızıl qan damarında,

Od-alov püskürəcək o qan hər an damarında,

Vətən eşqi axacaq nur kimi can damarında,

Yenə də Gün doğacaq şanlı Turan ölkəsinə!

Bu dünya toplanacaq bayrağının kölgəsinə.

Ay kimi nur çiləyən bayrağının rənginə bax!

Boylanıb tarixinə eylədiyi cənginə bax!

Üz tutub göylərə sən taleyinin bürcünə bax!

Yenə də Gün doğacaq şanlı Turan ölkəsinə!

Bu dünya toplanacaq bayrağının kölgəsinə.

Çatacaqdır əlimiz o ərşi-əlaya kimi,

Sözümüz həkk olacaq könüllərə qayə kimi,

Göylərin eşqi ilə nazil olan ayə kimi,

Yenə də Gün doğacaq şanlı Turan ölkəsinə!

Bu dünya toplanacaq bayrağının kölgəsinə.

Sönməz zülmün atəşi məzlumun göz yaşı ilə,

Qarı düşməni gərək vurasan öz daşı ilə.

O Tanrı dağlarından, Tanrının alqışı ilə,

Əbədi Gün doğacaq şanlı Turan ölkəsinə!

Bu dünya toplanacaq bayrağının kölgəsinə.

Vətən adamlar

Günəşli günlərdə gözə girərdi,

Dumanlı günlərdə itən adamlar.

Qoymadı bu dünya viranə olsun,

Eşqi nəğmə kimi ötən adamlar.

Hər yetən yaşamaz öz ağlı ilə,

Yaz olmaz cahilin buz ağlı ilə;

Nə yaxşı varsınız, varlığı ilə

Bəşərin eybini örtən adamlar.

Bilən varmı, nədən oldu bu torpaq?

Bir gün dönüb Adəm oldu bu torpaq.

Eşqinizlə vətən oldu bu torpaq;

Ay millət adamlar, vətən adamlar.

Dünya duza gedir hələ

Günəş sevgi göndərsə də,

Qəlbi elə soyuqdu ki...

Çimsə də Ayın nurunda,

Üzündə bir nur yoxdu ki -

Dünya duza gedir hələ.

Duzsuz-duzsuz adamlarla,

Yeyib-içib köpə-köpə,

Aşiqlərin yarasına

Hər gecə duz səpə-səpə -

Dünya duza gedir hələ.

Qorxmur məzlumun ahından,

Baxmır axan göz yaşına.

Həya etmir günahından,

Ağlını yığmır başına, -

Dünya duza gedir hələ.

Nifrətinin aşıb-daşan,

Sevgisinin kəm vaxtıdır.

Aydan torpaq gətirsə də,

Bu dünyanın xam vaxtıdır -

Dünya duza gedir hələ.

Dərdi-qəmi bitən deyil,

Sən yesən də, yeməsən də.

Demişdim, deməyim, amma

Mən desəm də, deməsəm də -

Dünya duza gedir hələ.

Bir-birini ötə-ötə,

Ahlar uçur yerdən göyə.

Qorxuram, min illər ötə,

Yenə kimsə durub deyə:

"Dünya duza gedir hələ".

Dirildik

Nəyinə vuruldu könül bu Yerin?!

Nə ağıl eləyib Yerdə dirildik?!

Yeri-yurdu bəlli deyil bu Yerin,

Gəlib sirr içində sirdə dirildik.

Candan olduq hər gün can oymaq ilə,

Bəzədik bu ömrü min yamaq ilə,

Yaman ölüb getdik kef-damaq ilə,

Düşüb zaman-zaman dərdə, dirildik.

Yanıb kül olsaq da, göz görə-görə,

Kültək üfürmədik şeiri gözlərə.

Neylər indən belə ölüm bizlərə?!

Biz ki, Onda ölüb bir də dirildik.

Ahəstə-ahəstə

O gözəl, o gözlər ilə,

Baxar ahəstə-ahəstə.

Dodağını dodağına,

Sıxar ahəstə-ahəstə.

Gözlərindən atəş kimi,

Dodağından gülüş kimi,

Bu sevgi bir günəş kimi,

Doğar ahəstə-ahəstə!

Baxışlar bağlar dilimi,

Dağ basar dağlar dilimi,

Mənim bu dəli könlümü,

Yaxar ahəstə-ahəstə.

Zalım, anla günahını,

Qaraltma öz sabahını.

Alma aşiqin ahını,

Çıxar ahəstə-ahəstə.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Yanvar 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see199

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see173

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see158

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri