Icma.az
close
up
RU
Damarları daraldır, infarkt riskini artırır Azərbaycanda da qadağan edilir

Damarları daraldır, infarkt riskini artırır Azərbaycanda da qadağan edilir

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tədqiqatlar göstərir ki, elektron siqaretlər və "vaping" cihazları ürək-damar və beyin sağlamlığı üçün ciddi risklər daşıyır.

Milli.Az xəbər verir ki, ABŞ və Böyük Britaniya alimlərinin araşdırmalarına görə elektron siqaret istifadəçiləri infarkt və insult riski altında olurlar, xüsusilə də əvvəllər adi siqaret çəkmiş şəxslər üçün bu təhlükə daha yüksəkdir.

Bir neçə müşahidəçi tədqiqatın meta-analizində qeyd edilib ki, elektron siqaret istifadəçiləri ürək tutması riski ilə 1,5 dəfə, insult riski ilə isə təxminən 5% daha yüksək risk daşıyır. Əgər şəxs əvvəllər adi siqaret çəkib və sonra veypə keçibsə, infarkt riski iki dəfə, insult riski isə 73% artır. Bu nəticələr keçmiş siqaret vərdişləri nəzərə alınaraq əldə edilib.

Alimlər bildirirlər ki, veypinq damarların elastikliyini azaldaraq qan dövranına mənfi təsir göstərir. Bunun nəticəsində ürək-damar sistemi daha çox yüklənir və qan axını çətinləşir. Eyni zamanda, qan damarlarında iltihaba səbəb ola bilər ki, bu da zamanla damarların, əzələlərin və orqanların normal işləməsini çətinləşdirir.

İngiltərədə aparılmış tədqiqatlar göstərib ki, gənc veyp istifadəçiləri gələcəkdə spirt və digər narkotik maddələrdən istifadə etməyə daha meyilli olurlar. Təxminən 500 min 18 yaşdan aşağı gənc UK-də müntəzəm vaping istifadəçisidir.

Ekspertlər, xüsusilə yeniyetmələr üçün, elektron siqaretlərin beyin inkişafına mənfi təsir göstərdiyini vurğulayır. Nikotin beynin diqqət, öyrənmə, əhval və impuls nəzarəti ilə bağlı hissələrinə zərər verə bilər.

Bundan əlavə, diş sağlamlığı da risk altındadır: vaping ağız quruluğuna, bakteriyaların çoxalmasına və diş çürüməsinə səbəb ola bilər.

Veyplər süd vəzi xərçəngi riskini artıra bilər. Bu barədə rusiyalı onkoloq və mammoloq Maqomed Sulimanov məlumat verib. Həkimin sözlərinə görə eyplər düşündüyümüz qədər zərərsiz deyil. Onlar xüsusilə gənc qadınlar üçün ciddi sağlamlıq riskləri yarada bilər.

"Veyplərdə olan qliserin və dadlandırıcı maddələr qızdırıldıqda zərərli maddələrə çevrilir. Bu maddələr arasında formaldehid, asetaldehid və akrolein var. Onlar orqanizm üçün çox təhlükəlidir və xərçəng riskini yüksəldir", - onkoloq deyib.

Ümumilikdə, elektron siqaretlər siqaretə nisbətən daha az toksik olsa da, tamamilə təhlükəsiz deyil. Onlar ürək-damar xəstəlikləri, ağciyər xəstəlikləri, beyin inkişafının zəifləməsi və asılılıq kimi ciddi riskləri artırır. Həkimlər, xüsusilə yeniyetmələrin veypinqdən uzaq durmasını tövsiyə edir.

Yəni, elektron siqaretlər qısa müddətli zərərsiz görünə bilər, amma uzunmüddətli sağlamlıq təsirləri hələ də ciddi narahatlıq doğurur və onları tam təhlükəsiz alternativ hesab etmək olmaz.

Qeyd edək ki, Azərbaycanda elektron siqaretlərin və onların tərkib hissələrinin idxalı, ixracı, istehsalı, saxlanılması, həm topdan, həm də pərakəndə satışı, eləcə də istifadəsi qadağan edilə bilər. Bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna yeni maddənin əlavə olunması təklif olunur və dəyişikliklər Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə edilib.

İsmayıl
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Dekabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri