Icma.az
close
up
RU
Dambrauskas: “Hakim qərarlarından bu qədər danışıldığını görməmişəm”

Dambrauskas: “Hakim qərarlarından bu qədər danışıldığını görməmişəm”

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Sabah” – “Qarabağ” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– “Sabah” ailəsini təbrik edirəm. Bugünkü qələbəni azarkeşlərimizə həsr edirəm. Bu gün meydanda bizi dəstəklədilər. Hər iki komandanın başa-baş mübarizəsi keçdi. Oyunda drama var idi. Meydanda maksimumuzu etməyə çalışdıq. İlk hissədə bəzən topa nəzarət rəqibə keçdi. Oyunda önəmli an buraxdığımız qol idi. Rəqib azlıqda olmasına baxmayaraq, yaxşı oynadı. Biz də sona qədər mübarizə apardıq. Təslim olmadıq. Bu inadkarlığın sayəsində gözəl qələbə qazandıq. Bunu qeyd edib, sabahdan bərpaya başlayacağıq. Düzdür, kubokda finala çıxdıq. Amma hələ kuboku qazanmamışıq və finalın hələ əhəmiyyəti yoxdur. Vacib olan titulu qazanmaqdır. Qarşıda görəcəyimiz işlər çoxdur.

– Hər iki hissənin sonunda baş verənləri: həm qırmızı vərəqə, həm mümkün penalti epizodunu necə şərh edərdiniz?
– Hakim qərarlarını şərh etməyini xoşlamıram. Planşetdən epizodlara baxdım. Bu, artıq hakimlərin işidir, özləri danışmalıdır. Azərbaycanda futbolun səviyyəsinin artmasını istəyiriksə, bu hakimliyin də səviyyəsi artmalı, inkişaf etməlidir. Fərqli ölkələrdə çalışmışam. Açığı, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm. Referilərin qərarları hər həftə müzakirə olunur. İnanıram ki, növbəti həftə də bu danışılacaq. Hakimlik də inkişaf etməlidir. Bəzən eyni epizodlara fərqli qərarlar verilir.

– Finalda rəqib “Zirə” olacaq. Bu mövsüm onlara qarşı rahat qələbələriniz olub. İndi necə düşünürsünüz, final asan olacaq?
– Elə düşünmürəm. Final bir oyundan ibarətdir. Həyatımda asan final görməmişəm. Məncə, işimizi görməliyik və titul üçün əlimizdən gələni etməliyik. Finallarda aşağı liqa klublarının yaxşı oyunlarını görmüşük. Final günü maraqlı olacaq. Kim güclüdürsə, qazanacaq.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 Aprel 2026 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri