Icma.az
close
up
RU
Dambrauskas: “Nəyə görə daim Qarabağ haqda suallar verirsiz?”

Dambrauskas: “Nəyə görə daim Qarabağ haqda suallar verirsiz?”

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının XIX turunun "Sabah" - "Araz-Naxçıvan" matçından (4:1) sonra ev sahiblərinin baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

"Qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Möhtəşəm qalibiyyət idi. Futbolçularım necə istəkli, necə ac olduqlarını bu gün göstərdilər. Məğlub etdiyimiz "Zirə" və "Araz-Naxçıvan" top komandalardır. Heyətində çox təcrübəli oyunçular var. Azarkeşlərimizi də qələbə münasibəti ilə təbrik edirəm. Matçlarımıza daha çox azarkeşlərin gəlməsini istəyərdim. Sayları bu gün az idi. Qollar vurulanda bunun canlı şahidi olmalarını istəyərdim. Artıq 1-ci hissənin 16-cı dəqiqəsinə qədər 3 qol vurmuşduq. Daha çox qol vura bilərdik. İkinci hissəni yaxşı səviyyədə keçirdik. Dördüncü qolumuz möhtəşəm idi. Düzdür, istəyərdik ki, qapımızı da toxunulmaz saxlayaq. Artıq biz bu oyunu unudub, öz işimizə qayıdırıq. Qarşıdakı matç bizim üçün ən önəmlisidir".

- Çempionluq mübarizəsində əsas rəqibiniz olan "Qarabağ"ın "Neftçi" ilə görüşünün təxirə salınması gündəmdədir. Buna etiraz etmək istəyirsiz?

- Mən istəməzdim ki, bu suala cavab verim. Çünki mən "Qarabağ"ın baş məşqçisi deyiləm, orada işləmirəm. "Sabah"ın baş məşqçisiyəm. Mən bura gəlmişəm ki, "Sabah" haqda suallara cavab verim. Nəyə görə daim "Qarabağ" haqda suallar verirsiz? Bu məsələyə də münasibət bildirmək istəmirəm. "Qarabağ" haqda soruşmaq istəyirsizsə, onların oyuna gedib, baş məşqçisinə sual verə bilərsiz. "Sabah"ın oyununa gəlirsiz və mənə "Qarabağ" haqda sual verirsiz. Bu, hardasa hörmətsizlikdir. Siz bizə də hörmətlə yanaşın, bu ölkədə təkcə "Qarabağ" mövcud deyil, başqa komandalar da var. Mən "Qarabağ"a, gördükləri işə böyük hörmətlə yanaşıram.

- Sualın verilməsinin səbəbi odur ki, “Qarabağ”ın oyununun ləğv edilməsi sizə haqsızlıq deyil?

- Təqvimi hazırlayan mən deyiləm. Bunu məndən yox, federasiyadan, liqanın təşkilatçılarından soruşun. Biz oyun oynayırıq, siz isə "Qarabağ" və "Neftçi" haqda suallar verirsiz.

- Artıq neçə oyundur ki, birinci hissədə üç qol vurursunuz, daha sonra dayanırsız. Bunu çox güc sərf etməmək üçün edirsiz?

- Xeyr. Əlbəttə istəyərdim ki, daha çox qol vuraq. Komandamın 10 qol vurmasını istəyərdim. Hər halda, 4:1 qalib gəldik, bu da yaxşıdır. Artıq futbolda 2-3 qol vurmaq yaxşı nəticədir. Artıq 10 qol vurmaq mümkün deyil. Çünki rəqiblər də 10 qol buraxdıqdan sonra sənin qarşını almağa çalışırlar. Birinci hissədə necə təzyiq edirdik, nələr edirdik...Hər oyunda 4 qol vurmaq da mümkün deyil. Əvvəllər oyunları 0:0, 1:1 edəndə sual verirdiz ki, niyə məhsuldar deyil? İndi isə 4 qol vururuq, soruşursuz ki, niyə bundan sonra qol vurmadınız? 

Andrey Demçenko: “Vaxt lazımdır, işləyirik" “Sabah”dan növbəti böyükhesablı qələbə - YENİLƏNİB Millimiz Özbəkistana da Darmadağın oldu “Neftçi”nin rəsmi mağazasının açılış mərasimi baş tutub - FOTO “Mingəçevir”dən möhtəşəm start
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://apasport.az
archiveBu xəbər 08 Fevral 2026 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri