Icma.az
close
up
RU
Damcılı mağarasında aparılmış tədqiqatlara həsr olunmuş kitabların təqdimatı keçirilib

Damcılı mağarasında aparılmış tədqiqatlara həsr olunmuş kitabların təqdimatı keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazax, 10 avqust, Ruslan Novruzoğlu. AZƏRTAC.

ADA Universitetinin Qazax Mərkəzində “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən Damcılı mağara düşərgəsində 2016–2023-cü illərdə yaponiyalı və azərbaycanlı arxeoloqlardan ibarət beynəlxalq ekspedisiya tərəfindən aparılmış tədqiqat işlərinə və həmin tədqiqatların nəticələrinə əsasən çap olunmuş nəşrlərin təqdimatına həsr olunmuş “Damcılı mağarası: tarix, arxeologiya və mədəniyyət – yeni nəşrlərin təqdimatı” adlı tədbir keçirilib. Tədbir Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, AMEA Arxeologiya və Antropologiya İnstitutu, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi xəbərə görə, tədbirdə Damcılı mağarasının tarixi əhəmiyyəti, aparılan qazıntılar, tədqiqat prosesi və əldə olunan elmi nəticələr, buradan aşkarlanmış maddi-mədəniyyət nümunələrinin Azərbaycan arxeologiyasında rolu, həmçinin beynəlxalq elmi əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Tədbirdə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları, yaponiyalı arxeoloqlar, Yaponiya Tokio Muzey Universitetinin direktoru, yaponiya tərəfindən arxeoloji tədqiqatlara rəhbərlik etmiş professor Yoşihiro Nişiaki və Azərbaycan tərəfindən tədqiqatlara rəhbərlik etmiş tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, Qazax Rayon İcra Hakimiyyətinin nümayəndələri, Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey”, “Keşikçidağ”, “Qədim Şəmkir Şəhəri”, “Gəncə”, “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının əməkdaşları, ADA Universiteti Qazax Mərkəzinin və Bakı Dövlət Universitetinin Qazax filialının professor-müəllim heyəti, Qazax rayon mədəniyyət işçiləri və digər ziyalılar iştirak ediblər.

Sonda qonaqlar qoruğun Damcılı filialına ekskursiya ediblər və burada aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan eksponatlardan ibarət sərgi ilə tanış olublar. Sərgidə müxtəlif dövrlərə aid daş alətlər, keramika və digər maddi-mədəniyyət nümunələri nümayiş olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Avqust 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri