Icma.az
close
up
RU
Damcılı mağarasında mezolit dövrünə aid ilk insan heykəlciyi aşkarlanıb

Damcılı mağarasında mezolit dövrünə aid ilk insan heykəlciyi aşkarlanıb

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Qazaxda Damcılı mağarasında mezolit dövrünə aid ilk insan heykəlciyi aşkarlanıb.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında AMEA Arxeologiya və Antropologiya İnstitunun Azərbaycan-Yaponiya Damcılı beynəlxalq arxeoloji ekspedisiyasının rəhbərb, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov deyib.

O bildirib ki, Kür və onun qonşuluğunda, ümumiyyətlə Qafqazda məlum mezolit abidələrindən buna bənzər insan heykəlcikləri indiyədək aşkar edilməyib:

"2023-cü ildə Damcılı mağarasında Azərbaycan-Yaponiya birgə arxeoloji tədqiqatları zamanı aşkar edilmiş insan fiquru Yaponiyada muzeydə böyük laboratoriya imkanları daxilində araşdırılıb. Heykəli tapan isə AMEA Arxeologiya və Antropologiya İnstitunun elmi işçisi Ülviyyə Səfərova olub. O fiqurun üzərində təsvirləri gördü və sonra bizim diqqətimizi çəkdi. Daha sonra isə geniş tədqiqatlara cəlb etdik".

Y. Məmmədov qeyd edib ki, daşın səthi aşınmaya məruz qaldığından tədqiqi üçün müxtəlif müasir laborator texnologiyalardan (kompüter tomoqrafiyası, X-ray floresan təhlilindən, elektron mikroskop skanerindən) istifadə olunub:

"Uzunluğu 51 mm, eni 15 mm təşkil edən fiqur, qum daşından hazırlanıb. Fiqur üzərində cizgilərlə səliqəli saç düzümü və kəmər əks olunsa da, sifət cizgiləri təsvir edilməyib. Maraqlıdır ki, Damcılıdan nümunə ayaq üstə, əkinçilərin qadın fiqurları isə oturaq şəkildə təsvir edilir. Lakin bu heykəlciyin kişini və ya qadını simvolizə etdiyi mübahisə predmeti olaraq qalır".

Fiqur ilə bağlı ilk rəsmi məqalə Web of Science (WOS) və SCOPUS bazalarına daxil, Q1 kateqoriyalı "Asiyada arxeoloji tədqiqatlar" (Archaeological research in Asia) jurnalın 42-ci sayında dərc olunub. Məqalənin müəllifləri Tokio Universiteti Universitet Muzeyinin direktoru Professor Yoşihiro Nişiaki, AMEA Arxeologiya və Antropologiya İnstitunun elmi işçisi Ülviyyə Səfərova, Tokio Universiteti Humanitar və Sosiologiya Ali Məktəbinin əməkdaşı Dr. Fumika İkeyama, Çiba Texnologiya İnstitutunun nəzdindəki Geo-Kosmologiya İnstitutun əməkdaşı Dr.Vataru Satake və AMEA Arxeologiya və Antropologiya İnstitunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədovdur.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://baku.ws
archiveBu xəbər 18 Aprel 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri