Dana Uayt bir sutkadan sonra Ağ Evdə UFC kartını elan edəcək
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UFC prezidenti Dana Uayt təsdiqləyib ki, 14 iyunda keçiriləcək Ağ Ev kartının rəsmi elanı 13 iyun şənbə günü UFC 326 yayımı zamanı veriləcək.
O, bu açıqlamanı Las-Veqasda tədbirdən əvvəl keçirilən mətbuat konfransında edib. Uayt həmçinin kartda olacaq təxmini döyüş sayını da açıqlayıb.
“Hazırda baxıram. Altı döyüşün hamısını görürəm. Altı döyüş keçirməyi planlaşdırırıq, amma yeddincisini də əlavə edə bilərik.
Hər səhər oyandığımda kimsə mənə “Bu döyüş olacaq” deyə “xəbər” göndərir. İnternetdəki bütün bu adamlar Ağ Ev üçün ağlına gələn hər döyüşü təqdim edirlər. Düşünürəm ki, onlar kifayət qədər şey ortaya qoysalar, bir şeyin qalacağını və nəticədə haqlı olacaqlarını ümid edirlər”, - MMA Fighting Uaytdan sitat gətirir.
Ağ Ev turniri ABŞ prezidenti Donald Trampın 80 illik yubileyi və ölkənin müstəqilliyinin 250 illiyi ilə üst-üstə düşür. Medianın tədbirlə əlaqələndirdiyi döyüşçülər arasında Konor Makqreqor, Con Cons və Aleks Pereyra da var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 06 Mart 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















