Dana Uayt Uroş Mediçin UFC nin superulduzuna çevriləcəyini bildirib
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Serbiyanın UFC döyüşçüsü Uroş Mediç Belqradda keçirilən UFC “Fight Night 283” turnirinin əsas qarşılaşmasında inamlı qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, Mediç ABŞ-li Daniel Rodrigesi birinci raundun 30-cu saniyəsində nokaut edib. UFC rəhbəri Dana Uayt serbiyalı idmançının çıxışını yüksək qiymətləndirib.
“Bundan daha təsirli qələbə qazanmağın mümkün olduğunu düşünmürəm. İlk zərbə onu demək olar ki, nokauta saldı. Əslində, rəqibini bir zərbə ilə məğlub etdi”, - deyə Uayt bildirib.
UFC rəhbərinin sözlərinə görə, Mediç öz çəki dərəcəsində birinci raundda ən çox nokaut qazanan döyüşçüdür. O, həmçinin divizion tarixində nokautla ən uzun qələbə seriyasına sahibdir.
Dana Uayt serbiyalı döyüşçünün uğurlu çıxışlarını davam etdirəcəyi təqdirdə reytinqdə yüksələcəyini və gələcəkdə çempionluq titulu uğrunda mübarizə aparacağını qeyd edib.
“Uroşun UFC-nin superulduzuna çevrilməsi üçün bütün lazımi keyfiyyətləri var. Mediç düzgün istiqamətdə irəliləyir”, - deyə UFC rəhbəri əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 02 Avqust 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















