Danfeng Zhu: QHTlər, təşkilatlar öz ölkələrini iqlimlə bağlı fəaliyyətə görə daha məsuliyyətli olmağa çağırmalıdır AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 18 noyabr, AZƏRTAC
COP29-da iştirak edən insanların bir çoxu yaxşı layihələr həyata keçirib. Düşünürəm ki, bu, bir-birimizi tanımaq, əlaqələr qurmaq üçün yaxşı fürsətdir ki, biz gələcəkdə qarşılıqlı əməkdaşlıq edə bilək.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı İqlim üzrə Qlobal Universitetlər Alyansının gənclər səfiri Danfeng Zhu deyib.
“Mən həmişə Paris Sazişi haqqında məlumat alıram. Bunun üçün beynəlxalq danışıqların praktiki təcrübəsini daha çox öyrənmək istəyirəm. COP29-da çox insanla tanış olmaq istəyirəm. Bununla yanaşı, mən də öz layihəmi inkişaf etdirmək istəyirəm. İqlim keçidində maliyyə çox vacib mövzudur. Hökumətin öz prioritetləri olduğunu düşünürəm. Hesab edirəm ki, QHT-lər, təşkilatlar öz ölkələrini iqlimlə bağlı fəaliyyətə görə daha məsuliyyətli olmağa çağırmalıdır”, - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 18 Noyabr 2024 20:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















