Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

“Azərbaycan Tehrandan səfirini geri çağırmalıdır”

“Azərbaycan Tehrandan səfirini geri çağırmalıdır”

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Azərbaycanla Ermənistan arasında danışıqlarda hər hansı bir ölkə vasitəçi olmayacaq. Bundan sonra nə Rusiya, nə də Avropa İttifaqının vasitəçiliyinə Azərbaycan imkan verəcək. Həmçinin ABŞ-da D. Tramp administrasiyasının prosesdə neytral qalması gözlənilir.

Bunu politoloq Məhəmməd Əsədullazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlərə münasibətində deyib.

O, qeyd edib ki, Prezident İlham Əliyev ötən gün yerli TV-lərə verdiyi müsahibədə məhz ikitərəfli danışıqlara üstünlük veriləcəyini qeyd etdi. Hətta sülh müqaviləsi bağlanarsa, bu, iki ölkə sərhəddədində baş tuta bilər: “Hazırda Ermənistan silahlanır. Fransa Ermənistanı sülh prosesindən çəkindirməyə çalışır. N.Paşinyan siyasi iradə nümayiş etdirməsə, sülh müqaviləsi bu il ərzində bağlanmaya bilər. Artıq proses mürəkkəb mərhələyə keçib. Azərbaycana qarşı Rusiya və İranın müəyyən siyasi təzyiqlərə əl atması, N. Paşinyanı arxayın edirsə, strateji səhvə yol verir. Hazırda Türkiyənin regionda yeni güc əldə etməsi Ermənistan rəhbərliyini dilemma qarşısında qoyub. Çünki, Ankara hələki Ermənistanla ciddi məşğul olmur. N.Paşinyan vəziyyəti mürəkkəbləşdirsə, Ankara hərəkətə keçə bilər.

Əgər, Ermənistan Fransanın təlimatı ilə hərəkət edib, təxribatlara gedərsə, bu ölkə ərazi itirməli olacaq. Prezident Ermənistan rəhbərliyinə "silahlanmani dayandır"-mesajını verdi. Növbəti dəfə hərbi eskalasiya baş verəcəksə, Ermənistan əhalisi N. Paşinyanı hakimiyyətdən devirə bilər. Məhz müxalifətdə yeni müharibənin başlanmasında maraqlıdır ki, N.Paşinyanı devirsin. Demək olar ki, Ermənistan üçün çox çətin bir proses başlayıb. Regionda siyasi proseslər gərgin fazaya keçdiyi üçün prezident yerli TV-lər vasitələrlə Azərbaycanın ciddi mesajlarını vermiş oldu. Burada Rusiya, İran və Ermənistana ciddi mesajlar var. Xüsusilə Ermənistan rəhbərliyi prosesləri düzgün analiz edib, praqmatik addımlar atması, yeni sülhə imkanlar aça bilər”.

M.Əsədullazadə Prezidentin İranın anti-Azərbaycan siyasəti ilə bağlı fikirlərinə münasibətində qeyd edib ki, Prezident İlham Əliyev İranın anti-Azərbaycan siyasətini sərt tənqid edərək, Tehrandan üzr istəməyə dəvət etdi. Demək olar ki, Azərbaycana qarşı Rusiya və İran açıq şəkildə hibrid və informasiya müharibəsini inkişaf etdirir. Xüsusilə, İranın anti-Azərbaycan siyasəti açıq şəkildə fəaliyyət göstərir: “Prezident İlham Əliyev bunun başında İranın Ali dini rəhbərinin olduğunu mesajını verdi. Çünki, Ərdəbilin İmam cüməsi S. Amulini Ali dini rəhbər Xamenei təyin edir. Bütün təlimatlar Ali dini rəhbərin ofisindən verilir. İran Azərbaycan əlaqələri yenidən kəskinləşib. Baxmayaraq ki, bir neçə gün bundan əvvəl, İran Azərbaycan xüsusi təyinatlı qüvvələri birgə hərbi təlimlər keçirdi. Türkiyənin Suriyada Əsədi devirməsi Yaxın Şərqdə və Cənubi Qafqazda yeni siyasi nizamın formalaşmasi Tehran rejimini narahat edir. Azərbaycan Tehrandan səfirini məsləhətləşmələr üçün geri çağırmalıdır.

Rusiya və İran Azərbaycana qarşı kəskin şəkildə siyasi və kəşfiyyat müharibəsinə keçib. Rusiya mülki təyyarəmizi vurur, məsuliyyəti boynuna götürmür. İran səfirliyimizə terror hayata keçirir üzr istəmir və məsuliyyəti üzərindən atır. Prezidentin dediyi kimi əyalət mollası vasitəsilə xalqımızı təhqir edir, üzr istəmir. Azərbaycan Türkiyə ilə siyasi və hərbi əlaqələri koordinasiyalı şəkildə inkişaf etdirməli və regionda yeni siyasi çağırışlara hazır olmalıdır. Yaxın perspektivdə Rusiya və İran arasında siyasi münasibətlərin normallaşması gözlənilmir”.

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Qərbi Azərbaycan məsələsinə də toxunub. Dövlət başçısı bildirib: “Bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”.

Siyasi ekspert Əkrəm Bəydəmirlinin fikrincə, qənaətimizcə, regionda tarixi ədaləti bərpa etmək, davamlı və möhkəm sabitliyi dərinləşdirmək üçün bu çox zəruri addım olacaq. 300 mindən artıq Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıının öz tarixi torpağına qayıdışı aparılacaq intensiv təbliğat işi ilə bərabər, hüquqi prosedurların nəticəsindən çox asılı olacaq. Digər tərəfdən həm beynəlxalq hüququn, həm də regionda və dünyada gedən geopolitik proseslərin davamı qayıdış məsələsinə təkan verə bilər. O baxımdan vətəndaş olaraq hər birimiz, o cümlədən Qərbi Azərbaycan İcması real proseslərə adekvat olaraq çox dəqiq və aydın hədəflərə doğru fəaliyyətini sürətləndirməlidir. Çox əhəmiyyət addım olar ki, Qərbi Azərbaycana qayıdış məsələsi yalnız ölkə hüdudları çərçivəsində deyil, həmçinin beynəlxalq təşkilatların gündəliyində, müzakirələrində olsun.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Yanvar 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri