Daniel Karvahal mövsümün sonunda Real ı tərk edəcək
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Real"ın (İspaniya) müdafiəçisi və kapitanı Daniel Karvahal mövsümün sonunda azad agent kimi komandanı tərk edəcək.
"Report" "The Athletic"ə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi 34 yaşlı futbolçunu növbəti mövsüm üçün planlarına daxil etmədikləri barədə artıq məlumatlandırıb.
Təcrübəli müdafiəçi ilə Səudiyyə Ərəbistanı klublarının yaxından maraqlandığı bildirilir.
Qeyd edək ki, D.Karvahal "Real"ın yetirməsidir. O, Madrid təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 449 matçda 14 qol və 65 məhsuldar ötürmə ilə yadda qalıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:Mövsümün sonunda “Real”ı tərk edəcək
22 May 2025 20:08
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
13 Oktyabr 2026 12:55
Karvahal: “O, “Real” üçün çox önəmlidir”
13 Avqust 2026 11:00
“Real”da Karvahal dövrü bitir Rəsmən açıqlandı
18 May 2026 15:46
Karvahal əməliyyat edildi
28 Oktyabr 2025 15:11
Baxış sayı:198
Bu xəbər 16 May 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















