Icma.az
close
up
RU
Danimarka Kaliforniyanı ABŞ dan almağı təklif edir

Danimarka Kaliforniyanı ABŞ dan almağı təklif edir

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Mette Frederiksen
Danimarka ABŞ Prezidenti Donald Trampın ərazi ambisiyalarına cavab verib, paralel olaraq Kaliforniya ştatını ABŞ-dan almaq üçün özünəməxsus, həm də satirik petisiya təşkil edib. Petisiyada artıq 200 mindən çox imza da toplanıb.
Reyting.az
"The Guardian" qəzetinə istinadla xəbər verir ki, belə bir təşəbbüs Donald Trampın Qrenlandiyanı əldə etmək ideyasını gündəmə gətirdikdən, Kanadanı ABŞ-nın 51-ci ştatı etmək istəyini səsləndirdikdən, daha sonra Panama kanalına nəzarəti ələ keçirmək və Qəzzaya hüquqlarını bəyan etdikdən sonra irəli sürülüb.
Müraciətdə Kaliforniyanı Danimarkanın ərazisinə birləşdirməklə, bu ABŞ ştatını "yenidən möhtəşəm etmək" təklif olunur.
Müəlliflər iddia edirlər ki, zamanında Kaliforniyanı "ittifaqın ən dağılmış ştatı" adlandıran, onun demokratlardan olan qubernatoru Gevin Nyusom ilə mübahisə edən Tramp üçün bu yer prioritet deyil.
Xatırladaq ki, ştatın qubernatoru bu yaxınlarda çox cəsarətli addım atmaqla, prezidentin miqrantlarla bağlı siyasətinə qarşı çıxıb. Daha sonra o, D. Trampın immiqrasiya sahəsindəki gördükləri işlərə qarşı çıxmaq üçün məhz bu məqsədlə 50 milyon dollar ayırmağa qərar verib. Bunun cavabında isə ABŞ Prezidenti baş vermiş meşə yanğınları ilə əlaqədar Kaliforniya ştatı üçün nəzərdə tutulan federal yardımı yenidən nəzərdən keçirməklə qubernatoru hədələyib.
Qeyd edək ki, petisiyanın məqsədi ümumilikdə 1 trilyon dollar toplamaq və 500 min imza yığmaqdır. Lakin belə bir siyasi yumorla D. Trampın bu istəyindən heç zaman geri çəkilməyəcəyi və Qrenlandiyanı ələ keçirmək niyyətinin ciddi olduğu açıq-aydın görünür. Üstəlik, hələ 2019-cu ildə o, neft, qaz, həmçinin nadir torpaq metalları ehtiyatlarını nəzərə almaqla, ABŞ-nın adaya "iqtisadi təhlükəsizlik məqsədləri üçün" nəzarətə ehtiyacı olduğunu söyləmişdi.
ABŞ tərəfindən səsləndirilən belə fikirləri cavabsız qoymayan Danimarka baş naziri Mette Frederiksen hələ yanvar ayından xatırlatmışdı ki, "Qrenlandiya satılmır" və bu ərazi ancaq onun xalqına məxsusdur. Bundan əvvəl daha bir oxşar bəyanatla çıxış edən yerli hökumətin başçısı Mute Egede vurğulamışdı ki, adanın gələcəyini qrenlandiyalıların özləri həll edəcək.
Onu da qeyd edək ki, Trampın təklifinə dəstək verən ABŞ-nın respublikaçı konqresmeni Baddi Karter Qrenlandiyanın alınmasına icazə verən qanun layihəsini artıq təqdim edib. Konqresmen hətta Qrenlandiyanın adını dəyişdirməyi və onun "Qırmızı, Ağ və Mavi" qoyulmasını təklif edib.
Oqtay QORÇU
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://reyting.az
archiveBu xəbər 13 Fevral 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see340

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see330

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see257

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see256

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see243

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see240

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see228

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see222

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see218

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see217

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see208

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see203

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see193

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see193

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see184

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see180

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see165

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see165

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri