Danimarka Qrenlandiyaya icarəyə götürülmüş sovet gəmisini göndərib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Danimarka hakimiyyəti Qrenlandiyada üzən kazarma yerləşdirməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə "Bild" Danimarka Silahlı Qüvvələrinə istinadən məlumat yayıb.
Kazarma sovet dövründə inşa edilmiş “Konstantin Simonov” bərəsinin bazasında yaradılıb.
Gəmi 2014-cü ildə yenidən təchiz edilərək MS “Ocean Endeavour” ekspedisiya gəmisi adlandırılıb.
Məlumata görə, gələn il Qrenlandiyada keçiriləcək “Arctic Endurance” təlimlərində iştirak edəcək Danimarka və digər ölkələrin hərbçilərinin bir hissəsi fevral ayının əvvəlindən etibarən “Ocean Endeavour” gəmisində yerləşdiriləcək. Gəmi Qrenlandiyanın paytaxtı Nuuk limanında lövbər salacaq.
Qeyd olunur ki, üzən kazarma Nuuk şəhərindəki hotellərə əlavə yükün düşməsinin də qarşısını alacaq.
"Bild" xatırladır ki, gəmi 1982-ci ildə SSRİ-nin Uzaq Şərq Gəmiçiliyi üçün “Konstantin Simonov” adı ilə inşa edilib. Daha sonra gəmi ABŞ-ın “SunStone” şirkəti tərəfindən alınıb, 2014-cü ildə təmir olunub və 2025-ci ilin oktyabrında satışa çıxarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 29 Yanvar 2026 08:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















