Danimarka Rusiya və Ukrayna vətəndaşlarını Kiyevə təhvil verməkdən imtina edib
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Danimarka Apellyasiya Məhkəməsi Kiyevin Rusiya və Ukrayna vətəndaşının ekstradisiyasına dair tələbini təmin etməkdən imtina edib.
“Report” xəbər verir ki, bu barədə “Ritzau” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, yekun qərar vermək üçün iş Ali Məhkəməyə göndərilib.
Rusiyalı Kiyev hakimiyyəti tərəfindən casusluqda, ukraynalı isə dörd qızıl-zinət əşyası və nağd pul oğurluğunda ittiham olunur.
Nəşr bildirib ki, imtina üçün məhkəmə hər iki təqsirləndirilən şəxsə qarşı işgəncə və qeyri-insani rəftarın digər formalarının tətbiq edilməsi ehtimalını əsas götürüb.
Ölkə qanununda göstərilib ki, Avropa İnsan Hüquqları Konvensiyasının işgəncə və digər qeyri-insani rəftarla bağlı maddəsinin pozulması riski olduqda ekstradisiya həyata keçirilə bilməz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 27 Yanvar 2025 00:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















