Danimarkada parlament seçkiləri martın 24 də keçiriləcək
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Stokholm, 26 fevral, Nərgiz Cəfərli, AZƏRTAC
Danimarkanın Baş naziri Mette Frederiksen parlament seçkilərinin martın 24-də keçiriləcəyini bəyan edib.
AZƏRTAC xəbər verir ki, qanunvericiliyə əsasən, səsvermə oktyabrın 31-dən gec olmayaraq keçirilməlidir, lakin mandatların çevik sistemi səbəbindən seçkilərin tarixi hökumət başçısı tərəfindən müəyyən olunur.
Sosial-demokratların, Mötədillərin və Liberalların iştirakı ilə bloklararası əsasda formalaşdırılmış hakim koalisiya Qrenlandiya ətrafında böhran fonunda ictimai rəydə mövqelərini möhkəmləndirib. Parlamentdə çıxış edən M.Frederiksen hökumətdəki tərəfdaşlarına təşəkkürünü bildirib və əldə olunmuş nəticələri qeyd edib.
Seçki kampaniyasının mərkəzində pensiya yaşı məsələsi və sosial-demokratlar tərəfindən təklif edilmiş yeni sərvət vergisinin tətbiq edilməsinin dayanacağı gözlənilir.
Bundan başqa, mart ayında Danimarka Krallığının muxtar hissəsi olan Farer adalarında da seçkilər keçiriləcək. Orada səsvermə martın 26-na təyin olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 26 Fevral 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















