Danimarkalı futbolçu İtaliyanı İngiltərəyə dəyişməyə yaxındır
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İtaliyanın "Leççe" klubunun müdafiəçisi Patrik Dorqu karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, danimarkalı futbolçuya "Mançester Yunayted" elçi düşüb.
Məlumatı tanınmış insayder Fabritsio Romano "X" sosial şəbəkə hesabı üzərindən yayıb. Xəbərə görə, tərəflər arasında danışıqlar aktiv mərhələdədir. Ötən gün Milanda keçirilən görüşdə klubların nümayəndələri transferin mümkünlüyünü müzakirə ediblər. Hələlik tərəflər razılığa gələ bilməyib. "Qırmızı şeytanlar" futbolçunun transferi üçün italiyalılara 30 milyon avro təklif edib. "Leççe" isə bonuslar da daxil olmaqla, 40 milyon qazanmağı hədəfləyir.
Dorqu ilə eyni zamanda oyunçunu mövsümün sonuna qədər icarə əsasında heyətinə cəlb etməyə hazır olan "Napoli" də maraqlanır.
"Transfermarkt" futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir. Onun "Leççe" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
20 yaşlı Dorqu bu mövsüm klubunda 22 matça çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 22 Yanvar 2025 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















