Icma.az
close
up
RU
Danışılmış oyunlara görə cəzalar sərtləşdirilməlidi? Erkin Hüseynovun tövsiyəsi

Danışılmış oyunlara görə cəzalar sərtləşdirilməlidi? Erkin Hüseynovun tövsiyəsi

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Bəli, yeni ilə ümidlə girdik. Qalan gözləntilər öz yerində, futbolumuzla bağlı pozitiv yanaşmanı da itirmədən bir çox məsələlərdə inamlı düşündük.
Lakin 2025-in ilk silləsi özünü çox gözlətmədi və elə yanvarın son günlərində 4 oyunçu danışılmış oyunlarda iştirak etdiyinə görə futboldan ömürlük uzaqlaşdırıldı. O başqa məsələ ki, son illərdə dəfələrlə belə hadisəylə üzləşdiyimizdən müəyyən mənada hazırlıqlıydıq. Bəs, bu kimi halların qarşısını almaq niyə imkansız görünür?
Bəlkə də danışılmış oyunlara görə verilən cəzalar sərtləşməlidi. Təbii ki, AFFA bu yöndə ən sərt cəzanı tətbiq edir. Biz məhz Cinayət Məcəlləsini nəzərdə tuturuq. Görəsən, cəzalarda müəyyən dəyişiklərin olunması mümkündümü?
"Football-plus.az" bu məsələ ilə bağlı AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynovun fikirlərini öyrəndi:

"Danışılmış oyunlarda iştirak edən futbolçularla bağlı toplanmış materiallar komitəyə daxil olandan sonra tərəfimizdən araşdırma aparıldı. Mövcud sənədlərdə oyunçuların hadisələrin axarıyla bağlı təfsilatlı izahatı yer almışdı. Detallar dəyərləndirildikdən sonra həmin futbolçulara İntizam Komitəsinin iclasında iştirak etmələriylə bağlı məktub göndərildi. Buna baxmayaraq, "Mingəçevir"in futbolçularından heç kim iclasa gəlmədi. Yalnız Adil Nağıyev iclasda iştirak edib suallarımızı cavabladı. O, izahatını təsdiq etdi. Ardınca tərəfimizdən məlum qərar verildi. Növbəti sualınıza gəlincə, belə neqativ hallar nəinki ölkəmizdə, dünya futbolunda da yaşanır. Bəli, cəzaların sərtləşdirilməsi İntizam Komitəsinin ixtiyarında deyil. Bununla bağlı Cinayət Məcəlləsində dəyişiklik edilə bilər. Fikrimcə, danışılmış oyun həm də azarkeşlərin haqqına girməkdi. Xüsusilə gənc futbolçulara tövsiyə edirəm ki, imiclərinə, gələcək karyeralarına ləkə salmasınlar".


KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Fevral 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri