Icma.az
close
up
RU
Danışıqlar dalana dirənir: Tramp hücuma razılıq verdi?

Danışıqlar dalana dirənir: Tramp hücuma razılıq verdi?

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton-Tehran danışıqlarının altıncı raundunun planlaşdırılması fonunda İran ətrafında hərbi ssenarilərin aktuallaşması diqqət çəkir. Və bir sual da önə çıxır ki: İsrailin İrana mümkün hücumu Ağ Evin iradəsindən kənar baş verə bilər?

Tehrana hərbi müdaxilə ssenarisində Təl-Əviv və Vaşinqtonun uzlaşmadığı məlumdur. Tramp hücum ssenarisi hazırlayan Netanyahu hökumətini İranla diplomatik həll yolu tapacağı vədi ilə dayandırıb. ABŞ üçün İrana hərbi müdaxilənin çətinlikləri var:

- İranla mümkün müharibənin nəticələrini poqnozlaşdırmaq çətindir;

- Ukrayna müharibəsi bitmədən İranla müharibə ikinci cəbhənin açılması, o cümlədən, Moskva-Tehran-Pekin əməkdaşlığının güclənməsi risklərini yaradır, hətta Avropa da məsafəli şəkildə bu cəbhədə yer ala bilər: ABŞ Rusiya ilə anlaşma olmadan bu ssenarinin tətbiqindən ehtiyatlanır;

- Yaxın Şərqdə İrandan müəyyən “missiyalar” üçün də yararlanır: bura İsrailə qarşı balansın yaradılması (Tramp Administrasiyasının bu balansda İranı Türkiyə ilə əvəzləmək niyyəti müşahidə edilir), eləcə də Körfəz ölkələrinin “təhükəsizlik ehtiyacları”nın daim aktual saxlanılması və ABŞ-ın orbitindən çıxmaması kimi amilləri daxil etmək olar.

Vaşinqtonda bunun əksini düşünənlər və hərbi ssenarini dəstəkləyənlər olsa da, 5 raundluq danışıqlar “diplomatik həll” variantı üzərində qərar verildiyi deməkdir. Hərçənd, 5 raundluq danışıqlarda heç bir nəticə əldə edilməyib, Xameneinin son açıqlaması da ümidləri azaldır. Bunun fonunda iki məqam diqqət çəkir:

1. Xameneinin danışıqların dalana dirəndiyi versiyasını gücləndirən açıqlamasına baxmayaraq, bazar günü Maskatda altıncı raundun keçirilməsinə hazırlıq getdiyi haqda məlumatlar yayıldı;

2. İsrailin yaxın günlər ərzində İrana hücum edəcəyi haqda informasiyalar bir neçə mənbədən tirajlandı.

Bu, İsrailin Trampın nəticə verməyən “diplomatik həll” variantına qarşı gedişi kimi görünsə də, İrana hücumun Vaşinqton-Təl-Əviv xəttində “ortaq qərar” olması istisna edilməməlidir. Və mümkündür ki, 5 raundluq danışıqlarda nəticə əldə edə bilməyən ABŞ İrana qısa müddətli hücuma icazə verməklə – hədəf hərbi və nüvə obyektləri, eləcə də strateji infrastruktur ola bilər – Tehranı növbəti raundda razılaşmaya məcbur etməyi düşünür.

Trampın son açıqlaması - “İranla razılaşmanın mümkünlüynə şübhə edirəm, bir neçə ay əvvəlki ümidlərim azalıb. Onlar nüvə silahına sahib olmayacaqlar. Əlbəttə, bunu müharibəsiz, qurbanlar olmadan həll etmək daha yaxşı olardı” sözləri xəbərdarlıq, həm də mümkün hücumda “alibi” qazanmaq kimi oxuna bilər. Pentaqonun “İran nüvə silahını yaratmaq istiqamətində aktiv addımlar atır” açıqlaması da bu kontekstdə təsadüfi deyil.

Hadisələr İrana hücum ehtimalını gücləndirir:

- ABŞ Yaxın Şərqdəki diplomatlarını təxliyə edir: İraqdan təxliyə edildiyi, Küveytdə hazırlığın görüldüyü haqda məlumatlar var;

- “Röyters” İsrailin bir neçə gün ərzində zərbələr endirəcəyini yazır;

- CBS ABŞ rəsmilərinin İsrailin İrana hərbi əməliyyat keçirməyə hazır olduğu haqda məlumat əldə etdiyini bildirir.

İranı masada razılaşmaya məcbur etmək məqsədilə hərbi zərbələrin endirilməsi baş ver bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 İyun 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see337

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see299

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see293

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see290

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see282

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see275

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see272

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see261

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see251

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see240

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see239

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see234

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see230

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see219

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see214

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see205

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see204

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see192

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri